
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Məktəbə hazırlaşırıq” adlı məktəbə hazırlıq qrupları üçün metodiki vəsaitə daxil edilmiş hərflərə, rəqəmlərə, fəsillərə, aylara və eləcə də digər balacalar üçün maraqlı olan şeir və tapmacaların toplanmış olduğu Zaur Ustacın “Güllünün Şeirləri” kitabı artıq çatışdadır. Məktəbəhazırlıq qrupları ilə məşğələlər təşkil edən müəllimlər, uşaqbaxçası tərbiyıçiləri, evdə balaca uşaqları olan hər bir valideynlər və əlifbanı yeni öyrənməyə başlayanlar üçün çox əlverişli bir vəsaitdir. Beləki, anoliji vəsaitlərdən fərqli olaraq əlifba sırası ilə bütün hərflərin hamısına və eyni zamanda 1-dən 9-a qədər bütün rəqəmlərə aid olduqca axıcı şeir, tapmacalar yığcam şəkildə bir kitabda toplanmışdır. Aşağıdakı bəzi nümunələrə nəzər salaq:
KİTABI ŞƏHƏRİMİZİN ƏSAS KİTAB MAĞAZALARINDAN ALA BİLƏRSİNİZ

“ L “
Lalə dostların yenə
Topladı ətrafına,
Axı, mən nənəmgilə
Getmişdim Lənkərana!?
Orda bir ağac vardı,
Meyvələri sapsarı.
Leyla dadına baxdı,
Büzüşdü dodaqları.
Və ya başqa bir nümunə:
“ N “
N, iyirminci hərfdir,
Düşüb qabağa amma.
Çünki, onu bilməsək,
Yaza bilmərik Ana.
N, nənəmin ninnisi,
N, nənəmin nehrəsi,
N, nənəmin şipşirin
Noğul kimi nəvəsi.
Daha bir maraqlı nümunə:
“ Ç “
Ç hərfi çobanla
Lap çoxdan dostluq edir,
Ç – li çomax həmişə
Çobanın əlindədir.
Çəməndəki keçisi,
Ç – li çayırı çeynər,
Arxacdakı çəpişlər
Çeşmələrdən su içər.
Ç – li alaçıq, çadır
Çöldə çobanın evi,
Çoban yaman çox sevir
Ona görə bu hərfi!
Mənim xoşuma ən çox bu şeir gəlir:
“ K “
Kirpi kələmlə bir gün
Gəldi kələ-kələyə.
Dedi, çəkil yolumdan,
Kələm, güldü kirpiyə.
Sonra, gördü ciddidi
Dedi, əkil başımdan.
Bura mənim yerimdi,
Bir də keçmə qarşımdan!
Kartofla, kök dözməyib,
Yetişdilər köməyə.
Kirpi başa düşdü ki,
O, məcburdu dönməyə.
Müəllif: Zaur Ustac
DAHA ÇOX MƏLUMAT:

Zaur Ustacın “45” adlı seçmə şeirlər kitabı . Qiyməti 5 AZN şəhərimizin əsas kitab mağazalarından soruşa bilərsiniz.

Təhsil Nazirliyi tərəfindən metodiki vəsaitə daxil olunmuş şeirlər – məktəbəhazırlıq qrupları üçün – Zaur Ustacın “Güllünün Şeirləri” kitabı . Qiyməti 5 AZN şəhərimizin əsas kitab mağazalarından soruşa bilərsiniz.

Moskva Kremlini tikən məşhur şamaxılı memar Əliş bəy Sübhan oğlu Kərəmli – Şirvanı haqqında Zaur Ustacın “Əliş və Anna” kitabı . Qiyməti 5 AZN şəhərimizin əsas kitab mağazalarından soruşa bilərsiniz.

EYLƏR
Qaşları gəl belə asma üzündən,
Təbəssüm inciyər, qəmzə naz eylər.
Bu işin mayası əzəldən belə,
Gözəllər çox gülər, qəmzə az eylər.
* * *
Bir ömür güldürər, solar həyatı,
Təzəsin yedirər, yeyər boyatı,
Aşiqindən istər şeir, bayatı,
Sallanar, boylanar, min avaz eylər.
* * *
Ustacı güldürən gülüzlü pəri,
Allah uzaq etsin fitnəni, şəri,
Duası müstəcəb, yaxın gəl, bəri,
Belə canfəza yar qışı yaz eylər…
06.04.2020. Bakı.
Müəllif: Zaur Ustac
“Ən parlaq ulduza” – silsiləsindən şeir
YAZARLAR.AZ
====================================================
ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:
GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR
“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI
<<<<XİDMƏTLƏR>>>>
Təqdim edir: Zaur Ustac
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ