Qəlbimin təranəsi

Nə bəmdə yerim var, nə zildə varam,
Kamantək titrəyib, neytək ağlaram.
Mən tütək səsinin həzin əksiyəm,
Özüm öz qəlbimin təranəsiyəm.

Qəmim də mənimdir,dərdim də mənim,
Nifrət də mənimdir, sevgi də mənim.
Hərdən həzin-həzin səslənəsiyəm,
Özüm öz qəlbimin təranəsiyəm.

Ömrüm səksəkəli, günüm əbəsdir,
Əzəldən bəxtimin ünvanı tərsdir.
Ürəyim doludur, gəm nəğməsiyəm,
Özüm öz qəlbimin təranəsiyəm.

Gərdişi-dünyadan şikayətim yox,
Ömrün müddətinə zəmanətim yox.
Bir gün son nəğməmi mən deyəsiyəm,
Özüm öz qəlbimin təranəsiyəm.

Müəllif: TERANE MEMMED

YAZARLAR.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-500-63-36     E-mail: yazarlaraz@yandex.ru