ANAŞEİRLƏRİ” LAYİHƏSİNDƏNNÖVBƏTİ ŞEİR

ANA

Qarşımda bir ana durur, 
Qəlbi oddur, çöhrəsi nur. 
Övlad arxa, övlad qürur, 
Hər kəlməsi, sözü ana!

Həyat onsuz heç, hədərdir, 
Məhəbbəti nə qədərdir, 
Övlad ölməz bir əsərdir,
Müəllifdir özü ana!

Niyə yolu çən-dumandır, 
Qəlbi kövrək bir kamandır, 
Qocalmayan bir insandır, 
Haqlasa da yüzü ana!

Baş əyirəm bu varlığa, 
Getmə məndən sən uzağa, 
Həyat verib çox uşağa, 
Bir dünyadır duyan ana!

Müəllif: Ramiz Hasanli4

YAZARLAR.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-500-63-36     E-mail: yazarlaraz@yandex.ru