SEVGİ ŞAİRİNDƏN SEVGİ ŞEİRLƏRİ

(Həsrətdən gözünüzə şeh düşməsin, əziz xanımlar… düşsə də yalnız sevincdən düşsün…)

QƏM YEMƏ, QIZILGÜL

Bir təhər dəyirsən gözümə mənim,
Baxmaq istəmirsən üzümə mənim,
Susma, bir cavab ver sözümə mənim:
-Bu damla şehdirmi, yoxsa göz yaşı?..

Bütün aləm duyar sənin ətrını,
Sevib-sevilənlər istər xətrini,
Sən dərdli, mən dərdli…söylə dərdini:
-Bu damla şehdirmi, yoxsa göz yaşı?..

Deyirsən, gəlməyir bülbül bu bağa…
Nə ola buludlar kövrələ, yağa…
Deməsin, baxanlar bu al yanağa,
Bu damla şehdirmi, yoxsa göz yaşı?…

Qəm yemə qızılgül, qayıdıb gələr,
Sənin göz yaşını aşiqin silər.
Öpər yanağından, o da kövrələr:
-Bu damla şehdirmi, yoxsa göz yaşı?..

Müəllif: ABBAS İLHAM

YAZARLAR.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-500-63-36     E-mail: yazarlaraz@yandex.ru