GÜLÜ XANIM HAQQINDA

Gülü  xanım – Mustafayeva  Gülüzə  Zaur  qızı 2004-cü ildə Dekabrın 11-də Bakı şəhərində anadan olub. Lap  körpəlikdən yazıb-oxumaqla yanaşı musiqiyə, rəsm çəkməyə də böyük maraq göstərir.

Hal-hazırda Bakı şəhər 20 nömrəli tam orta  məktəb-liseydə təhsilini davam etdirir. Gülü xanım dərs əlaçısı olmaqla bərabər ictimai işlərdə də xüsusi fəallıq göstərir. Demək olar ki, məktəbin bütün tədbirlərində iştirak edir və  nəticə olaraq diplomlarla, fəxri fərmanlarla,  xüsusi mükafatlarla  mükafatlandırılır. Bütün bunlardan əlavə Gülü xanım  haqqında  2012 – ci  ildə Lalə Qəzənfərqızının tərtib etdiyi “ZƏKA” kitabının 4-cü cildinin 218 – ci səhifəsində  geniş  şəkilli məqalə verilmişdir.  O, “Oxumağa nə var ki…”,“Duyğular”, “Rənglərin dili” adlı kitabların  və  hələ çap olunmamış maraqlı, orijinal hekayələrin, onlarla rəsm  əsərlərinin müəllifidir.  Ən maraqlı rəsm əsərlərindən biri “Rənglərin dili” adlı öz kitabının üzqabığında verilmiş rəsm və “KƏRƏMLİ – 700” layihəsi çərçivəsində ərsəyə gəlmiş Əliş bəy Sübhan oğlu Kərəmlinin bədii ədəbiyyat nümunələrindəki təsvirlərdən ilhamlanaraq yaratdığı “Getməliyəm, Anna” əsəridir. Respublika səviyyəli olduqca müxtəlif maarifləndirici-kütləvi tədbirlərin, tele-layihələrin, bilik müsabiqələrinin iştirakçısı və mükafatçısıdır.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru