
“LAZIM” GƏLSİN…
(Lazım gəlsə…)
Ya ağ olub, ya da qara,
İstəyirəm, bozum gəlsin…
Dar quranlar, salıb tora,
İstəyirəm, çözüm gəlsin…
* * *
Cümlə-cahan batıb qara,
Təbiət də çəkib dara,
İnsan oğlu möhtac qora,
İstəyirəm, Yazım gəlsin…
* * *
Bixəbər, nanəcib gəlib,
Soylu gəlib, nəcib gəlib,
Haram gəlib, vacib gəlib,
İstəyirəm, “Lazım” gəlsin…
* * *
Bəşər itirib həvəsi,
Yox hal, tükənib nəfəsi,
Bizi yorub tütək səsi,
İstəyirəm, sazım gəlsin…
* * *
Ustac verər, düzə dəyər,
Haqq bildiyin, üzə deyər,
Sazı öyər, sözü öyər,
İstəyirəm, bizim gəlsin…
16.01.2018. (13:00 – 10’) Bakı.
Müəllif: Zaur Ustac
© Zaur USTAC,2019. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ