
Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynovun xatirəsi “25 YARPAQ” layihəsi ilə əbədiləşdirilir. Bu layihə ustac.az və yazarlar.az – ın birgə təşkil etdiyi növbəti tədbirlərdən biridir. Layihə haqqında tam məlumat:
ONUNCU LAYİHƏ
Layihənin adı:
“ 25 YARPAQ”
Məqsədi:
Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynovun xatirəsini əbədiləşdirmək. Gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək.
Birinci Qarabağ Müharibəsi zamanı Bakı Dövlət Universitetində təhsilini yarımçıq qoyaraq torpaqlarımızın müdafiəsinə yollanmış və qəhrəmancasına şəhid olmuş, Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynov timsalında şəhid tələbələrimizi (doxsanıncı illərin sonuna kimi bütün şəhid olmuş tələbələrin portretləri BDU-nun əsas binasını girişində, göz önündə asılmışdı…) xatırlamaq, onların yarımçıq qalan arzularına, Vətən naminə öz istəkləri ilə aldıqları qərarlarla yarım qalmış qısa ömürlərinə diqqət çəkməkdən ibarətdir…. #25yarpaq haştağından istifadə olunacaq.
QISA ARAYIŞ:
Rövşən Hüseynov 22 fevral 1967-ci ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olmuşdur. 1984-cü ildə burada orta məktəbi bitirdikdən sonra Mədəniyyət evində işləmişdir. 1985-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1985-1987-ci illərdə hərbi xidmətdə olmuşdur. Rövşənin başçılığı ilə 1992-ci ildə iyirmi tələbə Bakı Dövlət Universitetində təhsillərini yarımçıq qoyaraq iki ay hərbi hazırlıq keçirlər. Sonra onlar ən qaynar döyüş nöqtəsi olan Goranboya yola düşürlər
Rövşən Hüseynov tələbə tağımının komandiri kimi tələbələrdən ibarət tağımı ilə birlikdə “N” saylı hərbi-hissə – taborun tərkibində vuruşurdu. 1992-ci il 28 aprel erməni işğalçıları 300 nəfərlik qoşun və böyük silah sursatla Ağcakənd istiqmətində hücuma keçmişdi Rövşənin taqımı nəinki ermənilərin iki zirehli texnikasını hətta onlarla canlı qüvvəsini məhv edə bildi. 1992-ci il 11 may Şıxarxuğrunda qanlı döyüşlər gedirdi. Mingəçevir alayının 27 əsgəri mühasirəyə düşmüşdü. Tələbə taqımı onları xilas etmək əmrini alır Rövşənin başçılıq etdiyi taqım döyüşə atıldı onlar mühasirəyə düşən 27 döyüşçünü azad edə bildilər lakin özləri mühasirəyə düşdülər Rövşən atəş nöqtəsini öz üzərinə cəlb edərək tələbələrə təhlükəsiz yerə çəkilmək əmrini verir burada tələbələrdən ikisi həlak olur digərləri isə mühasirədən çıxa bildilər, pulemyotu ilə erməni faşistlərinin xeyi hissəsini məhv edən cəsur vətən övladı döyüş meydanında qəhrəmancasına həlak oldu.
Müddəti:
01.09.2019- cu ildən – MÜDDƏTSİZ.
Yer:
Azərbaycan Respublikası və WWW – Limitsiz dünya.
Tədbirlər planı:
Bütün yarımçıq qalmış tələbə ömürlərini nəzərə alaraq (20 – 30 yaş arası) Milli Qəhrəmanımız Rövşən Hüseynovun şəhid olduğu yaşı – 25 – əsas götürərək, müəyyən səbəblər üzündən kitablarını nəşr etdirə bilməmiş, oxucu rəğbəti qazanmış şairlərimizin 25 şeirindən ibarət ilk kitablarını “Yazarlar” jurnalının xüsusi buraxılışı şəklində nəşr etdirmək. Kitablar ənənəvi formada 100 əd. PULSUZ olmaqla nəşr olunur və elektron (e-kitab) PDF formatda bütün əsas kitabxanalara yerləşdirilir. #25yarpaq haştağından istifadə olunacaq.
Nəticə:
Fəaliyyət müddətsiz olaraq davam edir.
YAZARLAR.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-500-63-36 E-mail: yazarlaraz@yandex.ru