ƏZİZƏ AĞAHÜSEYNQIZI İLƏ GÖRÜŞ KEÇİRİLİB

Bu günlərdə Bakı şəhər Nəsimi rayonu, Ruhulla Axundov küçəsi 27 ünvanda yerləşən 35 saylı məktəbin nəzdində yerləşən 5 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində məktəbin şagird və pedaqoji kollektivinin iştirakı ilə şair-publisizt ƏZİZƏ AĞAHÜSEYNQIZI ilə görüş keçirilmişdir.

QISA ARAYIŞ:

AYB və AJB üzvü olan şair-publisit Əzizə Ağahüseynqızı 1960-cı ildə Beyləqan rayonunun Dünyamalılar  kəndində anadan olmuşdur. Orta təhsilini doğma kənddə bitirmişdiir.

1984-cü ildə Politexnik Texnikumunu bitirmişdir. 1984-1989-cu illərdə Bakı Dövlət Universitetinin kitabxanaxılıq-biblioqrafiya fakültəsində oxumuşdur.

2005-ci ildə 36 saylı Xətai seçki daairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizədliyi verilmişdir.

Hazırda Xətai rayonunda Əhalinin Sosial-Müdafiə Mərkəzində işləyir.

  • “Ürəyim qəm adası”, Bakı, “Vektor” nəşrlər evi, 2005.
  • “Payız yağışı”, Bakı, 2016. kitabların və bir çox dönəminin aktual mövzularına həsr olunmuş məqalələrin müəllifidir.
ƏZİZƏ AĞAHÜSEYNQIZININ GÖRÜŞ TƏSÜRATLARI:

“…Bu görüş bir payız günündə mənə ən böyük hədiyyə oldu… Mərkəzin direktoru Könül xanım Mustafayevanın rəhbərliyi ilə təşkil olunmuş təntənəli görüşdə istedadlı şagirdlərin çıxışları, Bakı Baş Təhsil İdarəsinin Səlahiyyətli əməkdaşı Rövşən Əliyevin, AYB-nin üzvıəri… “Qızıl kəlmə” mükafatı laureatı,Azərbaycan Yazıçılar Birliyinin məsul əməkdaşı, Şair, tənqidçi Əsəd Cahangir, Aşıq Pəri məclusinin sədri,şair Pərvanə Zəngəzurlu, prezident mükagatçısı, “Yurd”ədəbi yirnalının təsisçisi və baş redaktoru, şair Balayar Sadiq, “Sarı aşıq”ədəbi məclisinin sədri,şair Adil Cəfakeş, Şair Malik Əhmədoğlu, şair Xalidə Daşcalı, şair Rəna Mərzili, Şair Nayibə Qafanlı, məktəbin müəllimləri çıxış edərək öz ürək sözlərini söylədilər..Məktəblilər “Bir yarpaq ağlayır payızın üstə”, “Payız ysğışı” kitablarımdan öyrəndikləri şeirləri söylədilər.Onların mənə ünvanladıqları suallar çox maraqlı və məzmunlu idi…Məclisimizdə həm də Türk dünyasında öz sazı, sözü ilə tanınan aşıq-şair Cahangir Gədəbəyli maraqlı və məzmunlu çıxışıyla məclisə təravət gətirdi…
Belə gözəl, təqdirəlayiq tədbirin təşkili, yüksək qonaqpərvərlik və qayğıya görə 35 saylı məktəbin direktoru Rəna Naibovaya, 5 saylı UGİM-nin direktoru Könül Mustafayevaya, tədbirdə bilavasitə zəhməti olan müəllimlərdən Sevda Cəlilovaya, Gülnar Abutalıbovaya, Gülnarə Tağıyevaya, Aynurə Məmmədovaya Zöhrə Məmmədovaya öz təşəkkürlərimi bildirirəm…Təşəkkür edirəm, bir daha yenidən görüşmək ümidiylə….”

TƏDBİRDƏN FOTOLAR:

YAZARLAR.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-500-63-36     E-mail: yazarlaraz@yandex.ru