Ötən günlərdə (14.10.2019) şəhərimizdə mühüm bir mədəniyyət hadisəsi baş verib. Belə ki, analoji çörək və digər zəruri ərzaq, geyim – paltar köşkləri (kiosk) olsa da, bu gün şəhərimizdə bəlkə də yuxarıda sadalananlardan daha zəruri bir ehtiyacı qarşılamaq üçün bir ilkə imza atılıb. ASAN xidmət ofislərində və digər ayr-ayrı qapalı müəəssisələrdə nəzarət altında olan belə köşklər artıq uzun zamandır fəaliyyət göstərsə də açıq şəraitdə, nəzarətsiz – xüsusi bir mədəniyyət formasının formalaşdırılmasına xidmət edəcək – şəhər sakinlərinin və qonaqların pulsuz istifadə edə biləcəyi ilk “Kitab daianacağı” istifadəyə verilib. Açılış mərasimində bir çox tanınmış simalar iştirak edib. Xalq yazıçısı Çingiz Abdullayev fikirlərini belə ifadə edib (orijinal) :

“Сегодня открывал новый киоск в городе где выставлены бесплатные книги для чтения. На Ага Нейматулла 105. Некоторые писатели не понимают как можно выставлять бесплатные книги. Но это как раз помогает воспитывать Ваших читателей. Во многих странах мира уже есть такая практика. В нашей Центральной Библиотеке тоже. Чем больше будет читателей, тем лучше. Для всех!”

TƏDBİRDƏN FOTOLAR:

Bu tədbiri alqışlayır, başda Çingiz müəllim olmaqla bütün əməyi keçən insanlara – xüsusi dəstəyə görə – Bəhram Bağırzadəyə təşəkkürlərimizi bildiririk. Belə köşklərin daha mərkəzi və eyni zamanda ucqar, – insanların dayanacaqlarda daha çox dayanıb gözlədiyi – ehtiyac olan hər yerdə sayının artırılmasını arzu edirik. Necə deyərlər artıq nümunə var. Qalır davam etdirmək. Kimin nə düşünməyindən asılı olmayaraq biz insanlar daha çox kopyalayıcıyıq. Bir daha təbriklər. Mübarəkdir…

Mənbə:Çingiz Abdullayev

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru