SƏN TARİXƏ BAX…

Sən tarixə bax nə’şə-qəmin pəncərəsindən,
Ağlın nə ki kəsmiş o dəmin pəncərəsindən,

İdraka baxan pəncərələr mərtəbələnmiş,
Kim boylana bilmiş ki,kimin pəncərəsindən?

Hər parçalanıb xırdalanan cəm qala bilməz,
Aciz kəm olub düşdü cəmin pəncərəsindən..

Güc sərvət ilə birləşərək şəmə dönəndən,
Nəfs girməyə yol gəzdı şəmin pəncərəsindən.

Bir məqsədə çatmaq yoluna bircə çəmin yox,
Gəl cəhd eləmə, girmə çəmin pəncərəsindən.

Min maneəni aşmağa güc bir himə bənddir,
Kimlər ki güc almış o himin pəncərəsindən.

Hər hikmətin fövqündə duran vardısa,Mahir,
Yaz, hikmətə boylan, qələmin pəncərəsindən.

Müəllif: Mahir Diniyev

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru