“PEDAQOJİ FİKİR TA­RİXİN­DƏN” ADLI ƏSƏR ƏXLAQIN

SAF­LAŞ­DI­RIL­MA­SINA XIDMƏT EDƏN ƏSƏRDİR

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş oxunması zəruri olan kitabların əhəmiyyəti çox böyükdür. Bu kitablar yeniyetmə və gənclərin şüurlu həyat yaşamasına, peşə istiqamətini düzgün istiqamətləndirməsinə kömək edir. İnsana öz ləyaqətini düzgün qiymətləndirməsinə, onun özünü, kimliyini dərk etməsinə, həyatın mənasının nədən ibarət olduğunu aşılanmasına kömək edən kitabladan biri də yaxın aylarda nəşr olunmuş “Pedaqoji fikir tarixindən” (Naxçıvan: “Əcəmi” nəşriyyatı, 2019, 288 səh.) adlı kitabdır.

Kitabda dünya xalqlarının çox əsrlik tarixi boyunca gənc nəslin tərbiyəsi ilə bağlı zəngin pedaqoji fikirlər top­lan­mış­­dır. Bu mənəvi, əxlaqi-pedaqoji sərvətləri öyrənmək, onları pedaqoji təfəkkür süz­gə­cin­­­dən ke­çi­­rib müasir gəncliyin tərbiyəsində istifadə etmək və məktəb təcrübəsinə gə­tir­mək pedaqoji fi­kir tarixində ciddi problemlərdən biri olmuşdur. Çünki yeni pedaqoji fikir keç­­mişin mü­tə­rəqqi irsi ilə orijinal fikirlərin sintezindən yarana bilər. Elə buna görə də, tə­lim və tər­bi­yə­nin yeni konsepsiyasını, inkişaf tendensiyasını müəyyənləşdirməyə ça­lı­şan pe­daqoji fi­kir tarixçiləri (K.D.Uşinski, A.O.Çernyayevski, V.A.Suxomlinski, M.Qor­ki, M.A.Şah­taxt­lı, M.T.Sidqi, E.Sultanov, C.Məmmədquluzadə, M.S.Ordubadi, N.Nə­ri­ma­­nov, H.Cavid və b.) pedaqoji irsdəki qabaqcıl ideya, fikir və təcrübələri ailəyə, mək­tə­bə, ic­­timaiyyətə gə­tir­mə­yi qarşılarına məqsəd qoymuşlar.

Maarif­çi­­li­­yin formalaşma və in­ki­şafında özünə­məx­­sus xid­mətləri olmuş bu kimi gör­­­­kəmli söz sahibləri təh­­­­silin prinsipləri, tərbi­yə üsulları­, əx­laq, vətənpərvərlik, mə­nə­viy­­­­yat, bədii zövq və s. ki­mi zə­­­ru­ri məsələlərdən bəhs et­miş­lər. Onların qar­şı­sına qoy­du­ğu əsas məq­­səd xalqı maarifləndir­mək və “bə­­si­rət sahibi etmək” ideyası olmuşdur. Sal­na­mə sa­hi­b­lə­­rinin yaradıcılıqları bir daha onu təsdiqləyir ki, onlar ötüb ke­çənlərə de­­­­yil, dü­nən­­dən bu gü­­­­nə ba­xmış, sanki dünəni bugünləşdirmiş, dü­­­nənə bu günün ça­lar­­la­rı­­nı əlavə edib sabaha apa­raraq əbədiləşdirirlər.

“Ürəyimi uşaqlara verirəm” deyən Suxomlinski uşaqları xalqın ümidi, canı, ürəyi ad­­­­­lan­dırır və on­­ların oxu­ma­­­sı­nı, ədə­­bə, pak əxlaqa sahib olmalarını zəruri sayırdı. Bu ki­mi qey­­­də qal­­mağın ən ba­­laca məq­sədini isə vali­deyn­lə­rin özlərinin elmli, təhsilli ol­ma­sın­da gö­­­rürdü. Görkəmli pedaqoq va­li­deyn­lərdən uşaqlarda elmə maraq oyatmağı tələb edir və de­yir­di ki, ən yaxşı ailə odur ki, öv­ladını məktəbə verib, oxutdurur. Yox əgər bu­na la­qeyd ya­na­­­şır, övla­dı­nın oxu­ma­sı­na ma­raq göstərmir, inanın ki, o valideyn qəbir evin­­­də də ra­­hat yata bil­mə­yə­cək­dir. Valideynin öz övladlarının tərbiyəsi üçün böyük mə­su­liyyət hiss etməsi uşaq­­­­la­rın ailədə düzgün tərbiyə almaları üçün əsas şərtdir. Suxom­­lins­ki yazırdı ki “Uşaq öz-öz­­lü­yün­də sevinc mənbəyi ola bilməz: ata və ananı yeni əsasda tək­­rar edən in­­­­­san­da ata və ana üçün sevinc mənbəyi hər şeydən əvvəl onların ona [uşa­ğa – K.C.] nə ve­­­­rə bil­dik­lə­ri­dir”. Bu mənada tərbiyə üçün məsu­liyyət hiss edən valideyn­lər öz öv­­lad­­­­la­rın­da nə kimi keyfiyyətlər tərbiyə etmək lazım ol­du­ğu­­­­nu aydın surətdə dərk edib, bu key­­­fiy­yət­­lə­rin ardıcıl tərbiyəsinə çalış­ma­lıdırlar – deyir. Çünki bu mə­suliyyət his­si onları uşaq­­larının tə­lim və tər­biyəsini nəzarətsiz bu­rax­mağa qoy­­­­­mur, tər­biyə işində tə­sadüf et­­­­dikləri çə­tin­lik­ləri ara­­dan qaldırmaq üçün yaxşı uşaq­­­­­lar tərbiyə et­miş başqa ailə­lə­­rin təc­rübəsini öy­rən­mə­yə, öz hərə­­kətlərini diq­qət­­­lə nəzərdən ke­çir­mə­yə məc­bur edir. Tər­­biyə işi üçün məsu­liy­yət hiss et­məmək çox müxtəlif şəkillərdə ifadə olu­­nur. Bə­zi va­li­deyn­lər öz öv­lad­­­la­rın­dan nə kimi adam yetişdirmək məsələsinə ta­mam la­­qeyd ya­na­şaraq, on­ların tər­bi­­yə­si ilə məş­ğul ol­maq üçün özlərinə heç bir zəh­mət ver­mir­­­­lər. Bi­zim üçün hər bir uşa­ğın ta­le­yi əziz­dir, onun taleyinə biganə qal­maq, öz va­li­­­deyn­lik və­­zifəsinə mə­su­­liy­­yət­siz ya­­­­­naşmaq hal­la­rı cə­miyyət tə­rə­findən kəs­­kin tən­­qid olu­nur. Hə­lə bu da azdır, uşa­­ğın düz­gün in­ki­şa­fı ke­­şi­yin­­də duran qa­nunlar va­li­­deyn­ləri öz öv­­­lad­­la­rı­nın tər­bi­yə­si üçün mə­su­liyyət daşıma­ğa məc­bur edir. Əgər bir çox vali­de­yn­­lər öz ömür-gün­lə­­­ri­ni qəf­lət­­də ke­çir­dik­lə­rini gec də ol­sa anla­yıb­­lar­sa, ar­­­tıq bu gün öv­lad­­la­­rın­dan yax­­­­şı adam ye­tir­mək üçün belə vali­deyn­­lər öz­lə­ri­nə qar­şı çox tə­ləb­kar olur­lar. Şəx­­­si nü­­mu­­nənin tərbiyədə həl­ledici rol oy­na­­dığı mə­lum həqiqətdir Suxomlinki qeyd edir ki, “vəzifəmiz gənc­­ləri ilk gündən elə tər­bi­yə etməkdir ki, onlar bir-birinə sevinc bəxş etməyi ba­car­­­­­­­sınlar, onlar unut­ma­sın­­lar ki, insanın doğulması ilə gələcək doğulur. Məhəbbət, ni­­­gah doğum insan fəaliyyətinin ən zərif, ən incə, ən müqəddəs sahəsidir. Qolları ara­­­­­­sında körpəsinə süd verən, beşik ba­şında dayanan ana öz postunda növbə çəkən əs­­kər­dir. O, gələcəyi yaradır və onu qo­ruyur. Ana dövlətin xidmətçisidir”.

“Ana” adlı romanı ilə özünə ölməzlik qazandıran Maksim Qorki də va­li­deyn-övlad tərbiyəsinə pedaqoji görüşlərində çox bö­yük əhə­miy­­yət ve­r­miş­dir. Qeyd edir ki, yaşadığımız dövrdə övladlarının sağlam ruh­da tər­­­­bi­yə­si qey­­dinə qal­­mayan mə­su­liy­yətsiz valideynlər, yaramaz hərəkətləri ilə uşaq­­­­­larına mən­fi nü­mu­nə gös­­tərən ca­hil ata və analar da yox deyildir. Bildiyimiz ki­mi, uşaq­­­­ların da psi­xo­lo­ji xü­­su­siy­yət­­ləri elə­dir ki, on­lar nü­mu­­nə­­ləri nəsihətlər­dən daha tez və asan qə­bul edirlər. Çün­ki can­lı nü­mu­nə sözlə ifa­­­­­də edi­lən uzun-uzadı nəsi­hət­­­­­lərdən daha konk­ret və daha tə­sir­lidir. Bütün bun­la­­rı hər bir va­li­deyn rüt­bə­sin­dən asılı olmayaraq nə­zərə almalı və öz hə­­rəkət­lə­rini daim nəzarət al­­tında sax­­­­­la­ma­­­lıdır. Biz övladlarımızı yalnız sevməklə, əziz­lə­mək­lə kifayətlənə bilmərik. Mak­sim Qorki gözəl qeyd edir ki, “övladı sevmək asandır, toyuq da öz balasını sevir. La­kin övladı tərbiyə etməyi bacarmaq insandan istedad və zəngin həyat biliyi tələb edən böyük dövlət əhəmiyyəti olan bir işdir”. Burada nə sevərkən, nə də tələbkarlıq gös­tə­rərkən ifrata varmaq olmaz. Valideyn çalışmalıdır ki, onun övladı heç kəsə xeyir ver­mə­yən şumlanmamış xam torpaq olmasın.

“Pe­daqoji fikir tarixindən” adlı əsərə bir daha nəzər salan zaman görürük ki, Mə­həm­məd Tağı Sidqi də fikirlərində – hər bir valideyn öz uşağının tərbiyəsi ilə məşğul ol­ma­ğa bütün məsuliyyəti ilə borcludur qənaətinə gəlmişdir. Qeyd edir ki, “Övlada əv­və­lin­ci tə­lim və tər­biyə verən anadır. Anaların rəftarı və kir­da­rı, hal, hə­rəkəti ba­la­la­rın qəl­bi­nin aynasına əks salır. Elm­­­li və mə­rifətli analar süd verən vaxtdan başlayıb, öv­­­­la­dı­nın tə­lim və tərbiyəsinə məşğul olurlar”. Beləliklə, hər bir ata-ana va­­lideynlik borcunu ödə­məli, uşağını cəmiyyətin yararlı üzvü kimi tərbiyə etməli, aqibəti ilə ma­raq­lan­­malıdır. Əx­laqi cə­hət­dən möhkəm olan namuslu vətəndaşlar tərbiyə etmək üçün ma­arifçi pedaqoq yu­xarıda qeyd etdiyimiz kimi, anaların özlərinin qüsursuz ol­ma­la­rını, on­la­rın müəy­yən qə­dər pedaqoji biliklərə yiyələnmə­lə­rini zəruri he­sab edirdi. Gör­kəm­li pe­da­qoq Məhəm­məd Tağı Sidqi istəyirdi ki, valideyn qarşısında du­ran bu kimi çə­tin, eyni za­man­da şərəfli və mə­su­liy­yət­li vəzifələr müm­kün qədər inandırma, şəxsi nü­mu­nə əsasında hə­­yata ke­çi­rilsin. Yenə də bütün bu qeyd olunan keyfiyyətlərin isə ancaq və ancaq elm yo­lu ilə, təhsil yolu ilə əldə edilə biləcəyi görüşünə gəlmişdir.

Məhəmməd Tağı Sidqini özünə mənəvi ata sayan Cəlil Məmmədquluzadə də Sid­qi­nin səsinə səs verərək qeyd edir ki, ailə tərbiyəsinin yax­­­­­­şı­laş­ma­sı üçün Azərbaycan qa­dın­­la­rı­nın savadlanması, elm, təhsil al­ma­­­ları zə­ru­­ri­dir. Böyük demokrat yazır ki, bi­zim gə­­ləcək in­kişafımız, uşaqların yaxşı tər­­bi­­yə olun­­­ma­­­sın­dan çox asılıdır. “Hər bir millət üçün nicat yo­lu tapmaq balaca uşaq­­­la­rı mək­­­tə­bə gön­də­rib tərbiyə vermək ilə əmələ gə­lir. Əgər be­lə olmasa, heç bir şey fay­­­­­da ba­ğış­­­­lamaz”.

Görkəmli müəllim-pedaqoq Hüseyn Cavid də “Həsbi-hal” adlı əsərində ailə tər­bi­yə­si­nə olduqca böyük əhəmiyyət verərək, uşağın tərbiyəsində ilk növbədə ata və anaların bö­yük rol oynadığını göstərir. O, yazır ki, uşaq dünyaya gəldiyi gündən mək­­­təb yaşına qə­­­­­­­dər ata-anasının yanında ev tər­bi­yə­si, ailə tərbiyəsi alır. Onun fikrinə əsasən ailə tərbi­yə­­­­­­­­sin­­də ata və anaların ən ümdə vəzifələri uşaqlarının sağ­­lam böyüməsinə şərait ya­rat­ma­sı­­dır. Bir çox uşaq­lar ana­dan xəstə doğulur və xəstə bir vücud ilə “tərki-həyat” olurlar. H.Ca­vid bu xəstəliyin səbəbini ata və ana­­­dan başqa heç kəsdə aramır. Çünki bir çox xəs­tə­­­­lik­­­lər irsi olaraq yayılır. Uşaqlarda bu xəstəliklərə, fə­la­­­kətlərə yol açan isə ilk növbədə ana­­­­lardır. Çünki uşaq, ana “rəhminə” düşdüyü zamandan başlayaraq doq­­­quz ay ananın qa­­­nı ilə, sonra südü ilə qidalanaraq xəs­­­təliklərə düçar olurlar. Cavid qeyd edir ki, “biçarə mə­­­sum” bö­yü­dük­­cə vücudundakı təhlükəli xəstəliklər də onunla bərabər böyüməyə baş­la­­­­yır. Bir çox uşaq­­lar da olur ki, ata-anasından qorunmayaraq yeyəcəyi, içə­cə­­yi, geyəcəyi üzün­­­dən xəs­tə­lə­­­nir, tənəffüs etdiyi ha­va, hərəkətsizlik və s. valideynin qayğısızlığı uc­ba­tın­­­­dan səhhətinə mən­fi təsir göstərmiş olur.

H.Cavid qeyd edir ki, hər şeydən əvvəl uşaqların düz­gün qidalanmasına diqqət ye­tir­mək lazımdır. Çox ye­­­mək sağlamlığa ziyan verdiyi kimi, az yemək də fay­­­­­­dalı deyildir. O, va­lideynlərə öz uşaqlarına qarşı son dərəcə diqqətli olmağı, uşağı nəzarətsiz bura­x­ma­ma­­­ğı, ədəb­sizlik etməyə qoymamağı, ərköyünlüyə öy­rət­­­məməyi tövsiyə edirdi. Bu və­zi­fə­lə­rin həllində gör­kəm­­­li pedaqoq H.Cavidin irsiyyət amillərinin rolunu gör­­­məsi və düzgün el­mi nəticələrə əsaslanması təq­di­rə­­­layiqdir.

H.Cavid valideynlərin öz körpələrini “məvhumi” qüv­­­vələrlə hədələməsini, qorxu için­­­də yaşatmasını pis­­­­ləyirdi. Belə ki, uşaq iki-üç yaşında qaranlıq gu­şə­yə gedəndə va­li­deyn­­ləri tərəfindən cinlər, divlər, ifri­tə­­lər vasitəsi ilə qorxudulur, təhdid edilir. Biçarə, za­val­­­­­lı körpənin isə bütün mənəviyyatı alt-üst olur. Otuz ya­­şına gələndə belə uşaqlıqda ke­çir­­­diyi o qorxunc köl­gə­­ləri bir “türlü başından çıxara bilmir”. H.Cavid ailə­lər­­də tər­bi­yə­nin bu cür qurulmasına qəzəblənərək ki­na­­yə ilə belə qeyd edir: “…Ev tərbiyəsinin do­ğur­­­du­­ğu ən gö­­zəl tərbiyə, ən xoş əxlaq, yalançılıq, kin­darlıq, bəd­nəfslik, arsızlıq, ita­ət­sizlik, qor­qaq­lıq kibi bir ta­qım rəzil, murdar əxlaqsızlıqlardan ibarətdir”.

Şair-pedaqoq hər bir hərəkətin tərbiyə ilə bağlı ol­du­­ğunu qeyd edir. Onun fikrincə hə­­­lə kiçik yaşla­rın­dan uşağa verilən düzgün tərbiyə uşağın gələcək inki­şa­­fının əsasını təş­kil edir. Ailə tərbiyəsindəki başqa qü­­surlardan birini qeyd edərək yazırdı: “Bir ana oğ­lu­na “Yav­rum! Quzum! Get qardaşını çağır da gəlsin, ye­­məyini yesin” deyəcəyi yerdə, “Part­­damış! Gəbər­miş! Get o qan qusmuş cönənbəri çağır da gəlsin, zəh­ri­marını zoq­qum­­­lasın” – diyor”.

 Hüseyn Cavidin haqlı fikrincə ata və anaların gözəl, mə­­nəvi sifətlərə malik olması uşaq­­la­rın düzgün tər­biyə­­sinə təsir edir. Övladlarının tərbiyəsi ilə məşğul ol­ma­­yan va­li­deyn­lər isə sabahkı gün öz “cigərguşələ­ri­nin zillət, fəlakət odunda yanıb-qovrulduqlarını” ağ­­­­la­ya-ağ­laya seyr edəcəklərini şair qeyd edərək yazır: “Bu gün azacıq təbiətə qarşı du­rub öv­la­dı­nı tərbi­yə­dən məhrum buraqanlar, yarınki gün cigərguşələrinin zil­lət, fəlakət odun­­da ya­nıb-qovrulduqlarını ağlaya-ağ­­laya seyr edəcəklər. Cocuqlar məsumdurlar, onün­­­­­­çin et­dik­ləri işlərin heç birindən məsul deyil­dirlər, onların hal və hərəkətlərindən mə­sul olacaq yal­­nız ata-analarıdır. Qızını, oğlunu tərbiyə etməkdə mü­sa­mə­­hə [səh­lən­kar­lıq – K.C.] gös­tə­rən valideyn qa­nun və əx­­laq nəzərində şiddətlə məsul tutulmalıdır. Çün­ki cə­­miy­yəti-bə­şə­riyyə için müzürr [ziyanlı, zərər­li – K.C.] bir adam hazırlamış olurlar. Xe­yir­siz, xain, ədəb­­siz öv­lad yetişdirib onları tərbiyə və islaha çalış­ma­yan ata-analar, şüb­hə­siz ki, gə­lə­cək­də namuslu, vic­danlı, hey­siyyətli insanlara müsəllət olmaq üçün bir sürü əx­­­laq­­sız, bir yı­ğın sərsəri yetişdirmiş olurlar. Böy­lə qeyd­­siz, tərbiyəsiz ata-ananın nə də­rə­cə məsul ola­­ca­ğı, nə müdhiş cinayət işləyəcəyi hər kəscə məlum, aydın bir həqiqətdir”.

Yekun olaraq qeyd edək ki, pedaqoji fikir nümayəndələri (K.D.Uşinski, A.O.Çern­ya­­yevski, V.A.Suxomlinski, M.Qor­ki, M.A.Şahtaxtlı, M.T.Sidqi, E.Sultanov, N.Nə­ri­ma­­nov, C.Məm­məd­­quluzadə, M.S.Ordubadi, H.Cavid və b.) ailədə yeni, sağlam, gö­zü­açıq, mə­­­­də­­ni in­­san­­lar yetişdirmək işinə mane olan ən­gəl­­ləri qələmlərinin gücü ilə təsvir etmiş, bu əngəl­ləri tö­­rə­dən sə­bəbləri açıb demiş və eləcə də onların aradan qaldırılmasının tətbiqi yollarını gös­tər­­miş­lər. Pedaqoji fikir nümayəndələri tərbiyə işinə bö­yük xalq və vətən işi ki­mi bax­mış­lar. Çün­­­ki hər işin başlanğıcı tərbiyədən ası­lı­dır. Xal­­qın ən bö­yük ümi­­di olan gənc nəsli tər­­bi­yə etməkdir. Vətənin gələcəyi, onun in­ki­şafı, dövlət, ədə­biy­­yat və elm xadim­lə­ri­nin bö­­yük ideyaları gənc nəslin tərbiyə­sin­­dən ası­­lı­dır. Bu gerçək hə­­qiqəti müdafiə və bə­yan edən söz xiridarları ailə-övlad tər­biyəsi, yetişən nəslin təhsili, təlimi, onların əx­la­qı­nın saf­­­­laş­dı­rıl­ma­sı, mənəvi key­fiy­yətlərinin yetkinləşdi­ril­mə­si, halal əməyə alış­dı­rıl­ma­sı, qey­­­­rət­li-namuslu vətəndaş­lar kimi yetişdi­ril­­məsi ilə bağ­lı yazıları ilə Azərbaycan mək­təb və pedaqoji fikir tarixinin zənginləşdirilməsi sahəsində bir daha misilsiz xidmətlər gös­­­tər­miş­­­lər.

KAMAL CAMALOV

 Pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Azərbaycan Yazıçılar Birliyinin üzvü

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru