RÖVŞƏN ABDULLAOĞLU – DÜNYA TURU – ARGENRİNA

 Buenos Aires, Argentina – Şəhər barədə təəssüratlarım: çox geniş yolları, çox böyük parkları, gözəl havası, küçə musiqisi… Kef əhli insanları var, küçələrdə çox yerdə tanqo oynayırlar, kafelərdə toplaşıb böyüklü-kiçikli futbol oyunlarını izləyirlər. Ancaq öz dillərində danışırlar, ingilis dilini ən gediş-gəlişli turistik yerlərdə belə ya bilmirlər, ya da çox zəif bilirlər. Ən çox yeyilən yemək – pizza və steyk.

Expectamus Dominum — Buenos Aires, Argentina

Vizit kartı qəbiristanlıq olan şəhər

Bura Rekoleta məzarlığıdır – Buenos Ayres şəhərinin ən əsrarlı yerlərindən biri. Şəhərə gələn turistlər mütləq bir neçə yeri ziyarət edirlər, biri də məhz gördüyünüz bu məzarlıqdır. Yeddi minə yaxın sakini olan bu ölülər səltənətində Argentinanın ən məşhur insanları dəfn olunub. Burada adi qəbir daşlarına rast gəlməyiniz qeyri – mümkündür. Məzarüstü abidələr daha çox mavzoleyi xatırladır. Bir çoxu da tarixi abidə statusu alıb. Bu məzarlıqla bağlı geniş bir video çəkiliş etmişəm, səfərdən sonra bloqumda yayımlayacağam.

Mənbə: RÖVŞƏN ABDULLAOĞLU

Uğurl yollar arzu edirik. Sağ – salamat dönün.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru