BIR GÜNƏŞ VAR və ya GÜNƏŞIN QÜRUBU

Dünyamın içində, bir yeni dünya,

Nə Günəşə bənzər, nə dəki Aya

Nə yerə sığmayır, nə də səmaya,

O, mənim bu kövrək ürəyimdədi.

BIR GÜNƏŞ VAR və ya GÜNƏŞIN QÜRUBU – Mənim bu kövrək ürəyimin sakininə çevrilən biri…. Günəşə bənzəmir desəm də, amma Günəş kimi özəl, özünəməxsus bir enerjiötürücü idi. Yerin taleyi Günəşdən asılı olduğu kimi, mənim də ruhən yaşama səbəbim olmuşdu, həyatıma gəlişi ilə. Elə bir zaman həyatıma daxil oldu ki, artıq tükənmək üzrə idim. Kimliyindən asılı olmayaraq mən, kiməsə sığınacaq qədər gücsüzləmişdim. Anlayışa, duyğuya, ruhumun sığınacağa ehtiyacı vardı. Və O, bu anda gəldi, gəlişi ilə Günəş kimi şəfəq saldı daxili dünyama. Heç özü də bilmədi ki, mənim kiçik, qaranlıq olan xəyal dünyamı necə işıqlandırdı. Gizlin-gizlin Günəşim dedim, ona. O hərarəti daima hiss etmək necə gözəl idi. Bu gözəl hissləri mənə O aşıladı. Onu tanıyana kimi mən öz xəyal aləmimdə idim. Içimdə bir boşluq, hər zaman bu boşluğun əzabı ilə baş başa qalmaq… Insanın içindəki boşluq həmişə acgözlüklə şirin bir duyğunun həsrətində olur, onu hiss edən kimi düşünmədən anidən əsrinə çevrilir. Mən də əsirə çevrildim.Amma içimdə elə bir hiss vardı ki, sanki bu böyük, böyüklüyü sözlə ifadə olunmayacaq bir rəğbəti nifrətə çevrilmək qorxusu. Ona hər gözəl,xoş söz deyənlər çox ola bilərdi, amma GÜNƏŞIM deyənlər olmazdı… Deyə bilməsi üçünsə bu hərarəti duymaq lazım idı. Yazdıqlarım xəyalımın bəhrəsi olub hər zaman. O isə hardan gəldi bu xəyal dünyama, necə gəldi, niyə gədi bilmirəm. Bəlkə gəlişi mənimçün yaxşı olmayan bir hal oldu (itirdiklərim daha çox oldu nəinki qazandıqlarım) Amma mən hər şeyə rəğmən “Bir Günəş Var” deyib də, Onun “YER”i oldum. Günəşə möhtac, yer və bu Günəş hərarətinin, nurunun necə önəmli olduğunu belə hiss etmədən üzərini qara bulud aldı. Günəşim buludlar arxasındanca qürub etdi. Günəşin qürubunu kədərlə seyr etmək necə də ağrılı olurmuş…

Müəllif: Əfşan Yusifqızı

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru