Müstəqil Azərbaycan Respublikasının ilk Xüsusi Təyinatlı bölmələrindən biri olan 799 saylı XTT -un Birinci Bölüyünün (Yaşma – 1993) bütün şəxsi heyyəti adından Bölük Komandiri Səlahəddin Rzayevin (Saşanın) vaxtsız vəfatından kədərləndiyimizi bildirir, dönəmində Bölüyün Baş Çavuşu olmuş, hal-hazırda xidmətini zabit kimi davam etdirən Şərafəddin Rzayev başda olmaqla mərhumun bütün doğmalarına, (Qaradağlılara) yaxınlarına, dostlarına və onu özünə yaxın bilib xatırlayan hər kəsə baş sağlığı veririk. Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin. Amen.

SƏLAHƏDDİN RZAYEV (SAŞA) HAQQINDA

Qarabağ müharibəsinin od-alovundan keçmiş, Tərtərin müdafiəsində böyük şücaət göstərmiş, Azərbaycan Silahlı qüvvələrinin formalaşmağa başladığı ağır-ağrılı dövrdə böyük zəhməti olan, Azərbaycan ordusunun ehtiyyatda olan Polkovnik-leytenantı Rzayev Səlahəddinin (Saşanın)-
Azərbaycan ordusunda xidməti 1991-ci ilin oktyrabrdan başlıyıb.
1992-ci il 26 fevral Xocalı faciəsi zamanı Xocalıya köməyə gedənlərdən biri olub.
Daha sonra 778 saylı Xüsusi Təyinatlı hərbi hissədə Qarabağ müharibəsin ən qızğın getdiyi döyüş bölgələrində olub.

799 saylı hərbi hissədə bölük komandiri olaraq Azərbaycanın ilk XTT -un yaranmasında yaxından iştirak edib.
708 saylı hərbi hissədə batalyonun qərargah rəisi, batalyon komandiri kimi Ağdam-Tərtər istiqamətində döyüşlərdə olub, daha sonra 707 saylı briqadaya batalyon komandiri təyin edilib, Qazax istiqamətindəki döyüşlərdə fərqlənib.
Döyüşlərdən sonra AHM də idman kafedrasının rəisi, Təlim Tədris Mərkəzində müəllim kimi xidmətin davam etdirib.

Mərhum doğulduğu Tərtər rayonunun Qaradağlı kəndində dəfn olunub.
Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin. Amen.

Mənbə: Hərbi Xəbərlər və Məlumatlar

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru