ÜÇOĞLANLI “ÜÇ YARPAQDA”

GƏLƏR

İnam doğar, saf ümidin içindən,
Neçə-neçə ağ arzular say, gələr.
Çiçəkləyib qəlb ağacı bar verər,
Şirin, şəkər meyvələri pay, gələr.

Gözəl hisslər könüllərdə bəslənər,
Kədər qaçıb daş altında gizlənər.
Məhəbbətlə quşlar ötüb, səslənər,
Göy üzündən sevgi dolu qıy, gələr.

Ümid varsa, inam varsa, ürəkdə,
Çin olacaq bütün arzu, dilək də.
Tez eşidib görər, göydə mələk də,
Çağırsan, hər harayına hay, gələr.

Rahim, heç vaxt itirmə gəl ümidi,
Bax gör özün səndən öncə kim idi.?
İnam sənə həm qardaş, həm əmidi,
Arxa durar, çox təkinə, tay gələr.!

Ağdam-18.12.2019.

<<<ÜÇOĞLANLI “ÜÇ YARPAQDA” >>>

O YERLƏRDƏN ÇİÇƏK GƏTİR

Bir gün mənə qonaq gəlsən,
O yerlərdən çiçək, gətir.
Qızıl gülü dərmə, solar,
Tək bir dənə ləçək, gətir.

Gülüm,tutsan Kəpənəyi,
Gətir görsün bizim köyü.
Qatmaq üçün yeri, göyü,
Bir cüt xallı böcək, gətir.

Rahimdən gəl soruşma heç,
Öz zövqünlə özün də seç.
Həsrət səddin gizlicə keç,
Nə gətirsən qaçaq, gətir.!

Ağdam-19.02.2019.

<<<ÜÇOĞLANLI “ÜÇ YARPAQDA” >>>

HƏR NƏ EDİR EŞQ ELƏYİR

Məndə günah bilmə, gülüm,
Hər nə edir, eşq eyəyir.
Sevgin dəstə-dəstə gəlir,
Can evimi köşk, eləyir..

Məhəbbətin töhfə verir,
Dərdlərimi yuyub sərir.
Hər gün xoş arzular girir,
Ürəyimdə məşq, eləyir.

Duyğularım gül tək açır,
Ruhum üçub ərşə qaçır.
Dil dodağım ətir saçır,
Hər sözümü müşk, eləyir.

Ağdam-20.12.2019.

Müəllif: RAHİM ÜÇOĞLANLI RZAYEV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru