
USTACLI MAHMUD BƏY VƏ ONUN NƏSLİ HAQQINDA
Şah İsmayıl Səfəvi zamanında Qızılbaş tayfalarını saray və orduda təmsil edən əmirlər:
Ustaclu tayfası (13 nəfər):
Məhəmməd xan, Qaraxan xan, Abdulla xan, Xızır ağa, Süleyman bəy, Şahrux sultan (Kor Şahrux), Sarı Pirə, Köpək sultan, Mahmud bəy*, Məntəş sultan, Murad bəy, Çayan sultan, Məhəmməd sultan Sufioğlu;
Şamlu tayfası (9 nəfər):
Hüseyn bəy Lələ, Əhməd sultan, Əxi sultan, Əbdi bəy, Durmuş xan, Zeynal xan, Musa bəy, Həsən bəy, Süleyman bəy;
Türkman tayfası (8 nəfər):
Əlişəkər bəy Baharlu, Məhəmmədi xan Baharlu, Mənsur bəy Pornak, Əmir xan Mosullu, Gülabi xan Mosullu, Abdal sultan Türkman, Şahqulu bəy Türkman, Qızıl Məhəmməd Türkman;
Rumlu tayfası (6 nəfər):
Div sultan, Nurəli xəlifə, Xəlil ağa, Sufiyan xəlifə, Badican sultan, Qaragünə sultan;
Təkəlü tayfası (6 nəfər):
İlyas bəy Halvaçıoğlu, Həsən bəy Halvaçıoğlu, Yaqub bəy Halvaçıoğlu, Üləmə sultan, Sarı Əli bəy Möhürdar, Burun sultan;
Qacar tayfası (5 nəfər):
Qara Piri bəy, Rüstəm bəy, Əhməd sultan, Mahmud bəy, Xəlil xan;
Əfşar tayfası (4 nəfər):
Sultanəli bəy, Məhəmməd xan, Danə Məhəmməd sultan, Vəlican sultan;
Zülqədər tayfası (4 nəfər):
Xəlil xan, Əlixan sultan, Zöhrab sultan, Vələdxan bəy;
Talış tayfası (4 nəfər):
Abdal bəy Dədə Talış, Xadim bəy Xüləfa Talış, Mirzə Məhəmməd Talış, Pirqeyb xan Talış:
Qaramanlu tayfası
(3 nəfər): Bayram xan, Hüsam bəy, Əlican sultan;
Varsaq tayfası (3 nəfər):
Yusif xəlifə, Qasım xəlifə, Həsən xəlifə;
Qıpçaq tayfası (1 nəfər):
Mənsur bəy.
Müəllif: Namiq Musalı
“I Şah İsmayılın Hakimiyyəti”
(“Tarix-i aləmara-yi Şah İsmayıl” əsəri əsasında) səh. 386-387
MƏNBƏ:ŞAH İSMAYIL SƏFƏVİ
Qeyd*
Bu məlumat, 1992 ci ildə Ağdam rayonu Yusifcanlı kəndində rəhmətə getmiş Mustafayev Müseyib Mahmud oğlunun (Müseyib Mahmud oğlu, Mahmud Mustafa oğlu, Mustafa …….qulu – Qulu – oğlu, …….qulu – Qulu Mahmud oğlu, … və Şah İsmayılın ordusunda “qoşun başı”olmuş Mahmud bəyə qədər Mustafa, Mahmud, Məhəmməd, Məmməd, Müseyib, Allahqulu, Məhəmmədqulu, Əliqulu, Şahqulu, Bayram, Şükür, Məhərrəm, Həsən, Hüseyn adlı digər ulu babalar) canlı daşıyıcı kimi atadan oğula, babadan nəvəyə söhbətlər yolu ilə ötürülmüş məlumatla tam üst-üstə düşür. Onların qohumları sonralar sovet höküməti qurulmuş Şimalı Azərbaycan ərazisində Zəngəzur və Tərtər (ümumiyyətlə isə qocaların dediyi kimi Şamdan Sivasa qədər – Ərdəbil, Qaradağ, Qarabağ, Göyçə və s.) rayonlarında olub. Bu nəslin nümayəndələri həmişə istənilən sahədə bacarıqlarına görə (usta, uslu olmaları ilə) seçiliblər. Xüsusi ilə yüksək təşkilatçılıq və idarə etmə bacarığı, mərdlik, düzlük, döyüşkənlik, haqsızlığa aşırı dərəcədə özündən tez çıxmaqla nəticələnə bilən dözümsüzlük, zəhmətkeşlik, əməksevərlik, yaratmaq əzmi, yaradıcı insanlar olublar. Müseyib Mahmud oğlunun nəql etdiyinə görə “Hürriyyətçilik” (1918-1920 – ci illər ADR) zamanında Zəngəzur tərəflərdə qohumlarından da onun kimi babalarını adını daşıyan (Müseyib adlı) – qocaların dediyinə görə ona çox oxşayan sonralar 30 – cu illərdə güllələnmiş məşhur on başı ya da yüzbaşı olub. Zəngəzur tərəfdəki qohumlarla müharibəyə qədər (hətta müharibədən sonra da onların nümayəndələri ilə bir-iki dəfə Dəli Dağda el yaylaqda olanda görüşüblər – ora yaxın dağ rayonlarında yaşayırmışlar. Çünki, atla gəlib getmək yaxın imiş. ) , Tərtərdəki qohumlarla isə ötən əsrin (1980) 80-ci illərinə qədər əlaqə olub. Sovet dövründə Quliyev – Ermənistan ərazisində – Mustafayev, Məmmədov – Azərbaycanda – (Zəngəzur və Tərtərdə olanların familiyaları barədə məlumat yoxdur) soyadla yaşamışlar. Hal-hazırda bu nəslin ən məşhur nümayəndəsi Azərbaycan Respublikasının Əməkdar Artisti ANS-in “Qulp” proqramından və indi gündəmdə olan seriallardan yaxşı tanıdığımız Temir (Teymur) Məmmədovdur .
Ağdam rayonu Yusifcanlı kəndində yaşamış Mustafayev Müseyib Mustafa oğlunun (təxminən 1923-1992) fotları:

II Dünya Müharibəsində təxminən 1942-43-cü illərdə çəkilib.

1980-ci illərdə Ağdamda çəkilib. Fotoqraf: Tahir. (Fon sonralar dəyişdirilib.)
Qeydin müəllifi və fotoları təqdim edən:Zaur Ustac
USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru