Ustaclı Mahmud Məşədi Mustafa oğlu (Məşədi Mustafa Qulu oğlu Göyçədən səbəbi məlum olmayan ixtilaf nəticəsində Ağdam rayonu, Yusifcanl – Sufcanlı, kəndinə köçərək kəndin düz mərkəzində ev yeri və kənd ərazisində bir-neçə yerdə bağ-biçənək yeri almışdır. O Yusifcanlıya yerləşəndən sonra qardaşı və ya qardaşı uşaqlarından biri də onun yanına köçüb gəlir və o həyətindən ev tikmək üçün ona yer verir. Həyat yoldaşının adı Sona olub. Deyilənlərə görə çox mərd qadın olub. Mustafa ilə Sonanın Mahmud adlı bircə oğlu olub- Göyçədə və Zəngəzudra qohumları, Qərbi Azərbaycan ərazisində sovet dönəmi Quliyev familiyalı qardaşı – qardaşı uşaqları olub. Atasının adı …… qulu- Qulu – olub.) və həyat yoldaşı Şəhrili Müsənbər. Hamar, Gözəl, Göyçək adlı qızları, Müseyib, Şükür, (Qulu) Quluş adlı oğulları olub. Atası Məşədi Mustafanı ixtilaf səbəbindən çox erkən itirdiyinə görə tək uşaq olmuş və anası Sona xanımın himayəsində böyümüşdür. Sona xanım əri Məşədi Mustafa öldürüldükdən sonra ailə həyatı qurmur və ancaq təsərrüfat işləri və oğlu Mahmudun tərbiyəsi ilə məşğul olur. Mahmud böyüyüb atasının bağlarına sahib olur və onları bacarıqla idarə edərək varlanır və böyük ailə sahibi olur. Kənd camaatı onu atasının düşmənlərindən qorumaq üçün anasının adı ilə Sona oğlu Mahmud çağırıblar. Çox inadkar adam olub. Onun adı ilə bağlı çoxlu maraqlı, indiki dövrdə insan ağlının qavramaqda zorluq çəkdiyi hadisələr var. Ağdam rayonu, Yusifcanlı kəndi ərazisində iki yerdə Mahmudun bağı, bir yerdə Mahmudun kələsəri adlı biçənək yeri, iki yerdə də Mahmudun körpüsü adlı 5 məhur toponim olub. Kənddə Hajılardan (Hacılar) sonra ən böyük həyət və iki mərtəbəli daş ev ona məxsus olub. Həyəti kəndin lap mərkəzində yerləşib. Atasının əmisi və qardaşı uşaqları ilə bir həyətdə mehriban qonşuluq şəraitində yaşayıblar. Hirsli, höcət – inadkar, zəhimli kişi olsa da əliaçıq olub. II dünya Müharibəsi ərəfəsində və zamanında imkan daxilində müraciət edənlərin hamısına taxıl ilə kömək edib.

Mənbə: Zaur Ustac 

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ