YUSİF ƏLİYEVİN SÖZ DÜNYASI

Olmasaydı

Olmasaydı əgər eşqi-məhəbbət
Həyatda olmazdı bu qədər Xilqət
Eşqin də tərsi, həm uvandı*vardır
Uvandı sevgidir, tərsi nifrətdir
-‘-
Deyirlər flankəs, lap çox qısqancdır
Dalaşqandır, qəlbi yaman qaradır
Qısqanclıq yaranır ifrat şəhvətdən
Birdə ki, sevgidən, olan qeyrətdən
-‘-
Heyvanlarda da var, qısqanclıq hissi
Hər bir heyvanda var, şəhvət həvəsi
Bir donuz qısqanmır, birdə köstəbək
Şəhvət eşqi kordur, qeyrəti gödək
Uvandı*-düzü.

<<<<<<<YUSİF ƏLİYEV>>>>>>>

Axtarmirıq!

Göyə əl açırıq yük əyiləndə
Sədəqə veririk tərsə düşəndə
Tanrıdan küsürük iman itəndə
Heç zaman səbəbin biz axtarmırıq
-‘-
Millətin içində millət gəzirik
Fürsət tapanda da əlin kəsirik
Zəngin adamlara boyun əyirik
Heç zaman səbəbin biz axtarmırıq
-‘-
Milli varlığımız tarimar olur
Xalq bilmir nə udur, nəyi uduzur
Zülmün qılınc, qalxanını unudur
Heç zaman səbəbin biz axtarmırıq
-‘-
Haqqımız alınır, yada satılır
Çox körpələr zibilliyə atılır
Təhsilimiz, səhiyhəmiz korlanır
Heç zaman səbəbin biz axtarmırıq
-‘-
Nə birlik var, nə doğruluq, nə düzlük
Qismətimiz dərd-kədərdi, üzgünlük
Çox yerdə işləyir indi tülkülük
Heç zaman səbəbin biz axtarmırıq
-‘-
Çox adam itirib öz insanlığın
Dəyişib “paraya” gözəl varlığın
Qoyubdur hərraca vicdan qeyrətin
Heç zaman səbəbin biz axtarmırıq

<<<<<<<YUSİF ƏLİYEV>>>>>>>

Nə qədər vardı canın, canına sən xidmət elə
Dünyadan al payını, yarına sən xidmət elə

Qarışma özgələrin yaxşı, yaman işlərinə
Aldanma tamahkarın, riyakarın sözlərinə
Kişi ol, diqqət elə vicdanına, qeyrətinə
Nə qədər varsa canın, canına sən xidmət elə
Dünyadan al payını, yarına sən xidmət elə
-‘-
Birində yoxsa ləyaqət, yada qeyrət sənə nə
Aldadır məzlumu, ya kasıbı bundan sənə nə
Yığır yada dağıdır Xalqın sərvətini sənə nə
Nə qədər varsa canın, canına sən xidmət elə
Dünyadan al payını, yarına sən xidmət elə
-‘-
Hardadır səndə o,güc son qoyasan bunca şərə
Yada ki, canını qurban verəsən sən bəşərə
Gecənin hökmü ağırdır, ümüd et sən səhərə
Nə qədər varsa canın, canına sən xidmət elə
Dünyadan al payını, yarına sən xidmət elə

Müəllif: YUSİF ƏLİYEV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru