AD GÜNÜNÜZ MÜBARƏK !!!

Bu gün (10 yanvar 1954) gözəl insan, səmimi dost, sevimli şair Baba Vəziroğlunun doğum günüdür. Bu gün münasibəti ilə Baba müəllimi təbrik edir, Uca Yaradandan uzun ömür, can sağlığı və bütün işlərində müvəffəqiyyətlər arzu edirik!!! Uğurlarınız bol olsun, Baba müəllim!!!

BABA VƏZİROĞLU HAQQINDA

Baba Vəzir oğlu Məsimov 1954-cü il yanvarın 10-da İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olub.

Nasir, şair, tərcüməçi, kinodramaturq Baba Vəziroğlu 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Ədəbi fəaliyyətə “Ulduz” jurnalında (1976, №8) çap etdirdiyi “Bir yaz axşamı”, “Mağazinçi Dadaş” hekayələri ilə başlamışdır. Həmin vaxtdan dövri mətbuatda şeir və nəsr əsərləri ilə fəal çıxış edir. Klassik rus şairlərindən tərcümələr etmişdir. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Uzun illər teleşirkətdə aparıcı olmuşdur. “Mir” Dövlətlərarası Teleradio Şirkətində redaktor (1997-1998), Azərbaycan Kinematoqrafçılar İttifaqında baş redaktor (1998-2002) olmuşdur. Hazırda orada idarə heyətinin katibidir (2002-ci ildən). Sonra orada ədəbi proqramlar studiyasının müdiri (1991-1992), “Yurd” jurnalının məsul katibi (1993-1994), “İstedad” jurnalının baş redaktorunun müavini (1994) işləmişdir.

Mindən artıq şeirinə mahnı bəstələnib. “Həsən Seyidbəyli”, “Yeri boş qalan adam” (Rəşid Behbudov), “Sənsiz və ya ömrün son axşamı” (Həsən Turabov), “Haradan başlanır vətən”, “Elegiya” (Zərifə Əliyeva), “Beş nəğməlik ömür” (Oqtay Kazımov) və s. sənədli filmlərin ssenari müəllifidir.

İ.Karacalenin “İtirilmiş məktub” dram əsərini Azərbaycan dilinə müvəffəqiyyətlə tərcümə etdiyinə görə SSRİ Mədəniyyət Nazirliyi və Ümumrusiya Teatr Cəmiyyətinin diplomuna layiq görülmüşdür (1983).

1988-ci ildə “Respublika komsomolu” mükafatı, 2000-ci ildə isə “Humay” mükafatı laureatı olub. Respublikanın əməkdar incəsənət xadimidir (2005).

BABA VƏZİROĞLUNUN KİTABLARI

  1. Səhər qatarı (hekayələr). Bakı: Yazıçı, 1980, 125 səh.
  2. Yaddan çıxan görüş (povest və hekayələr). Bakı: Yazıçı, 1985, 152 səh.
  3. Ocaq (povestlər). Bakı: Gənclik, 1989, 280 səh.
  4. Yol (povestlər və hekayələr). Bakı: Yazıçı, 1992, 352 səh.
  5. Dünya dəyməz göz yaşına. Bakı: İşıq nəşriyyatı, 1998, 144 səh.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru