NECƏ DEYİM AXI

-”Mən səni sevirəm !”-necə deyim ki?
Mənim ata yurdum düşmən əlində.
Axı bütövlüyə bağlıdır sevgi.
Sənin ata yurdun düşmən əlində.

Para ürəyimiz şəhid saz kimi.
Onun nəğməsində qəm, kədər yatıb.
O, alıb ömürün otuz ilini,
Otuz il nəğməyə o, qəhər qatıb.

Əgər doğma yurda qayıtmasaq biz,
Bizim bu eşqimiz necə cücərsin?
Əgər birləşməsə para qəlbimiz,
O, necə şam olsun, necə közərsin?

Sevgimiz o zaman işıq saçacaq,
Vətən sevgisinin vüsalI varsa.
Şaxta səngiyəcək, zülmət qaçacaq,
Sevgi qış adladan güllü baharsa.

Eşqimiz yurdumun eşqinə bağlı,
Vahid Vətən varsa, eşq yüksələcək.
Sən yaxşı bilirsən, sevənə axı
Bütöv Azərbaycan duası gərək !

11.01.2019.

Müəllif: TOFİQ QƏBUL

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru