SƏNDƏN BU TƏRƏFƏ

(Səməd Vurğunun doğma və əziz ruhuna)

Yenə nə müddətdir səni anıram,
Olmuşam sözünün heyranı yenə.
Səndən bu tərəfə,.. ha boylanıram….
Bir də istəyirəm gələm səcdənə.

Səndən bu tərəfə,..şeir qurtarır,
Səndən bu tərəfə,..yol səninkidir.
Zirvənin başını yenə qar alır,
Duman həminkidir, dağ həminkidir.

Səndən o tərəfdə Füzuli durub,
Abbas var, Vaqif var bir az bəridə.
Şeir köhlənini gör kimlər yorub,
Kimlər bu karvandan qalıb geridə.

Sənsiz ötüşməyib şeirin bir günü,
Yazmaq istəyənə sözmü qoyubsan?
Elə tutubsan ki, sənət mülkünü,
Şair olmağa bir üzmü qoyubsan?!

Yenə nə yaransa şeir adına
Hərlənib keçəcək sözündən, baba.
Keçən olmayacaq səndən o yana,
Səndən bu yanda da…Özünsən, baba!

Müəllif: Ehtiram İlham

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru