
Qoymayın alışar anamız Cahan
Bu sonsuz fəzada nə bir kəsi var
Üzündə hələ də yanğın hisi var.
Qor düşsə alışmaq təhlükəsi var
Qoymayın alışar anamız Cahan
Yer üçü ocaqlıq quru talaşa
Fitnə, kin dönübdür od saçan daşa
Vay odur qoç kimi gələ baş-başa
Qoymayın alışar anamız Cahan
Fikirlər yüyənsiz, cilova gəlməz
Quyuya daş atar bir nadan, bilməz.
Gəlsə yüz ağıllı çıxara bilməz.
Qoymayın alışar anamız Cahan
Sinəsi ah çəkən bir isti körük
Yağır kürəyində dərdi-qəmi yük
Bir zərrə atanı özündən böyük
Qoymayın alışar anamız Cahan
Müəllif: İLDIRIM ƏKBƏROĞLU
Allah rəhmət eləsin… Ruhu şad olsun… Bu şeir (sonetlər) “İldırım Əkbəroğli – 70” layihəsi çərçivəsində N : 30 qeydi ilə yayımlanır. Eyni zamanda bu layihə çərçivəsində İldırım Əkbəroğlunun 70 illik yubileyi münasibəti “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunacaq “İldırım Əkbəroğli – 70” kitabına daxildir.
USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru