news-inner-photo

20 fevral – 1 mart tarixləri arasında Almaniyada 70-ci Beynəlxalq Berlin Film Festivalı (Berlin International Film Festival) keçiriləcəkdir.

Berlinale Talents ilə birgə təşkil olunan Talent Project Market-də bütün dünya üzrə 166 iş arasından seçilmiş 10 ən yaxşı aşağı-büdcəli layihələr müəllifləri tərəfindən təqdim olunacaq. Uzun illər ərzində ilk dəfə Azərbaycan Mariya İbrahimovanın “Alagöz” layihəsini təqdim edəcək.

“Alagöz” istehsalı Azərbaycanın “Cinex” şirkəti tərəfindən həyata keçiriləcək Azərbaycan və Türkiyənin birgə layihəsidir. Filmin həmmüəllifi Zeynəb Ozbatur Atakan (Türkiyə) Nuri Bilgə Ceylanla olan ortaq işləri və “Üç meymun”, “Bir Zamanlar Anadoluda”, “Qış yuxusu” kimi dünya hiti filmləri ilə məşhurdur. Filmin yaradılmasına beynəlxalq çəkiliş qrupu cəlb ediləcək və çəkilişlər 2020-2021-ci illərdə Azərbaycanda və qonşu ölkələrdə aparılacaq.

“Alagöz” filmi Meyxoş Abdullayevin hekayəsi əsasında çəkiləcək və işğal  altında olan Kəlbəcərdən məcburi köçkün köç zamanı itən Qarabağ atını  axtarması əhvalatından bəhs edir.

Filmin rejissoru və həmmüəllifi Mariya İbrahimova ilk dəfə deyil ki, bu mötəbər forum üçün seçilir. O, ilk dəfə Panorama kateqoriyasında debüt sənədli filmi ilə iştirak etmişdir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru