ac

NƏ GÖZƏL BAXIR

Ay Allah, bu qızın qadasın alım,
Dayanıb üzümə nə gözəl baxır.
Bir sevgi körpüsü yaradıb, bəh – bəh,
Gözləri gözümə nə gözəl baxır.

Bizdən ayrılığın səmtin azdırır,
Hər sözü bir yeni şeir yazdırır.
Eşqimin odunda əlin qızdırır,
Oduma, közümə nə gözəl baxır.

Şükür yaradana, gözəl baladı,
Sevdası sevdamla o qolqoladı.
Xaşiyyəti xoşdu, üzüyoladı,
Bir görün sözümə nə gözəl baxır.

Meyl edir birliyə, bütünlüyə o,
Daim qalıb gəlir çətinliyə o.
Verir üstünlüyü mətinliyə o,
Bir baxın, dözümə nə gözəl baxır.

Qələmim oyaqdı, kağız mürgülü,
Açıldı təbimin yeni vergülü.
Adiləm, həvəslə törtöküntülü,
Gör yazı mizimə nə gözəl baxır.
Şerimə, sözümə nə gözəl baxır.

Müəllif: Adil Cəfakeş

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru