Tanınmış yazar Meyxoş Abdullahın rus dilində nəşr olunan “Əsir qadın” (“Пленница”) kitabı rusdilli oxucular və xaricdə yaşayan soydaşlarımız üçün nəzərdə tutulmuşdur. Qarabağ faciəsini özündə əks etdirən bu kitab bütün dövürlər üçün tariximizin mühüm dönəmlərini xatırlatmaq, bilməyənlərə anlatmaq – əsərin qayəsi və rus dilinə tərcümə olunması məhz bu məqsədə xidmət edir – baxımından mühüm əhəmiyyətli mədəniyyət, ədəbiyyat hadisəsidir. Kitabın Xocalı faciəsinin anım tədbirlərinin yaxınlaşdığı bir vaxtda işıq üzü görməsi xüsusi ilə təqdirə layiqdir. Belə bir uğurlu və vacib komanda işinin ərsəyə gəlməsində bütün əməyi keçənlərə təşəkkürümüzü bildirir və müəllifin bu barədə ürək sözlərini diqqətinizə çatdırırıq (önəmli məqamlar var):

“Kitabın işıq üzü görməsində maddi dəstək göstərmiş dostum Rahib Kərimova, Moskvada yaşayan Şəfəq xanıma, kitabı tərcümə edən Təranə Məmmədə, redaktoru Leyla Qədirzadəyə və kitabın naşiri Akif Denzizadəyə sonsuz təşəkkürümü bildirirəm… Və bir məsələni nəzərinizə çatdırmaq istəyirəm. Əslində köməyinizə ehtiyacım var. Əziz dostlar, rus dilində nəşr olunan “Əsir qadın” (“Пленница”) kitabım rusdilli oxucular və xaricdə yaşayan soydaşlarımız üçün nəzərdə tutulmuşdur. Qarabağ faciəsini özündə əks etdirən bu kitabın yayılmasında MDB məkanı ilə əlaqəsi olan dostların indi bu məlumat vasitəsi ilə xəbərdar olacaq hərbir kəsin kğməyi ümumi işin xeyirinə ola bilər. Nəzərə alaq ki bu il “KÖNÜLLÜLƏR” ildir. Bu, hər birimizin mənəvi məsələsi və borc işidir!.. Kitab pulsuzdur… “

Biz də müəllifin çağrışına qoşulub, əlaqəli şəxslərin Meyxoş Abdullahla əlaqə saxlaya biləcəklərini bir daha xatırladırıq. Sağ olun! Fəal olun!!!


“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru