ELÇİN HÜSEYNBƏYLİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

5 fevral 2019 – cu il tarixində Bakı şəhəri, H.Əliyev adına liseyin akt zalında nasir, yazıçı-dramaturq, publisist Elçin Hüseynbəyli ilə görüş keçirildi. Yüzdən artıq şagirdin iştirak etdiyi bu tədbirdə mən də iştirak etdim. Son illərin saysız-hesabsız tədbirlərindən fərqli olan bu görüşün təəssüratından hələ də ayrıla bilməmişəm. Dərsliklərdə əsərləri tədris edilən yazıçı haqqında şagirdlərin geniş və əhatəli məlumatlarına və apardıqları müzakirələrə heyran qalmamaq olmurdu. Görüş ərzində şagirdlərin demək olar ki, hər biri yazıçıya müxtəlif suallar ünvanlayırdı. Uşaqların vətənpərvərlik ruhunda böyüməsində Qarabağ mövzusunda yazılan əsərlərin təsiri aydın hiss olunurdu. Bunu sualların çoxunun Qarabağ mövzusuna aid olmasından da hiss etmək olurdu. Şagirdlər “Füruzə qaşlı xəncər”i, demək olar ki, nöqtə və vergülünə qədər təhlil edir, bəzi məqamlara aydınlıq gətirilməsi üçün müəllifə suallar ünvanlayırdı. Şagirdlərin yaddaşında önəmli iz qoyan bu qəbildən olan görüşlərin keçirilməsi bugünümüz və sabahımız üçün çox təqdirəlayiqdir.
Tədbirin yüksək səviyyədə keçirilməsində müəllimlərin əməyini qeyd etməyə bilmərəm. Gələcəyimiz olan bu uşaqların milli ruhda böyüməsində, elmə, biliyə sahiblənməsində onların gərgin və şərəflə çalışmaları bu peşə sahiblərini gözümüzdə bir daha ucaldır və qutsallaşdırır.

Mənbə: İlgar Türkoğlu


====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

BÜTÜN HƏRFLƏRƏ, RƏQƏMLƏRƏ AİD YENİ ŞEİRLƏR BURADA

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ