
Salam olsun, dəyərli oxucum! Belə mövzularda söhbət açmaqdan heç xoşum gəlməsə də hərdən elə ağlamalı. ya da gülməli vəziyyətlər olur ki, iş öz-özündən çözülür. Bu cümləni əvvəllər də bir neçə dəfə işlətmişəm: “Bir çox parametrlərinə görə Bakı şəhərinin ən yaşamalı yerlərindən biri Yasamalda İnşaatçılar metro stansiyasının yanında yerləşən “Məhsul” stadionun ətrafıdır.” Fikrimi də həmişə belə əsaslandırırdım ki, birinci yağış yağanda heç yanda su yığılıb qalmır, üzüaşağı axıb gedir. Nisbətən yaşıllıq çoxdur. Havası yaxşıdır. Ağcaqanad az olur. Sakitçilikdir. Üstəgəl yaxınlıqda “Məhsul” stadionu var ki, bu da səhər-axşam gəzməyə imkan verir… ” Ta ki, həftəsonu mitiqlərinin səs-küyü başlayna qədər bu belə idi. Əlbəttə bu narahatçılıq çox çəkmədi, mitinqlər bitdi. Sonra da düşdülər “yazıq stadion”-un canınına; əvvəlcə oturacaqları söküb, dairəvi çığırdakı rezin örtükləri apardılar. Uzun müddət belə qaldı. Bir az bundan əvvəl isə bir səhər yenə adəti üzrə səhər idmanına gedəndə gözlərimin qarşısında sanki döyüş sahəsi canlandı – bir anlıq özümü bombalanmış sahənin ortasında hiss etdim. Tezliklə buna da öyrəşdik. Düşündük yəqin nəsə ciddi bir iş görürlər. Ancaq belə deyilmiş. Ümumi mənzərəyə baxanda adamın ağlına iki fikir gəlir; ya bunlar bizim sevimli, mşhur stadionumuzda “MƏRMİ İZLƏRİ” adlı açıq havada muzey yaradıblar, ya da inşəallah burada “FARAŞ BOSTAN” əkəcəklər, torpağı arata qoyublar. Nəsə. maraqlı məsələdir. Yaxşı olar ki, mən 11 fevral səhər saat 08:00 olan real vəziyyəti əks etdirən fotoları və video görüntünü təqdim edim. Adını Siz verin. Bu işin adını nə qoymaq olar?!








Bu mənzərənin isə heç bir izahı ola bilməz – bu torpaq topaları bura niyə tökülüb, hansı məqsədlə?! Belə topaları sonuncu dəfə bir Aqil Abbasın filimində Ağdama gedən yolda, bir də real həyatda Batabatda Biçənək aşırımında Naxçıvanla Ermənistan arasındakı dövlət sərhəddində yolun üzərində görmüşəm:

Ən dəyərli nemət olan vaxtınızı bu sətirləri oxumaq üçün ayırıb sona qədər bizimlə həmsöhbət olduğunuza görə minnətdarlığımızı bildirir və qarşınızda baş əyirik. Çox sağ olun sonda bir məsələdə fikirlərinizi bilmək maraqlı olardı Siz bu yazıya “STADİONA BOMBA DÜŞÜB”, “DÖYÜŞ SAHƏSİ”, ”BOMBALANMIŞ STADİON” və ya “ADAMLA BAX BELƏ MƏZƏLƏNƏRLƏR HA…” adlarından hansını verərdiniz? Şərh bölməsində qeydlərinizi edə bilərsiniz. Hələlik.
Müəllif:Zaur Ustac
=====================================================ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:
BÜTÜN HƏRFLƏRƏ, RƏQƏMLƏRƏ AİD YENİ ŞEİRLƏR BURADA
“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI
<<<<XİDMƏTLƏR>>>>
Təqdim edir: Zaur Ustac
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ