CƏLİL MƏM­MƏD­­QULUZADƏ VƏ GÜNÜN EHTİYACINDAN YARANAN HEKAYƏLƏRDƏ TƏLİM-TƏRBİYƏNİN ROLU

Məqalədə böyük mütəfəkkir və pedaqoq Cəlil Məm­məd­­­quluzadənin he­ka­yə­lə­rin­də tər­­­bi­yə­nin-təlimin məq­­­­­səd və məz­munu­nun mü­əy­yən­­ləş­dirilməsi tədqiqat obyektinə çev­­ril­­miş­dir. Göstərilir ki, Cəlil Məmmədquluzadə valideynlərin ma­­­­arifləndirilməsi və uşaq­la­rın yeni ruhda təlim-tərbiyəsi ilə bağlı çox ciddi pe­da­qo­ji ide­yalar irəli sür­müş­dür. He­ka­yələrin başlıca məğzi ondan ibarətdir ki, hər bir valideyn öz valideynlik bor­cu­nu la­yiq­li şəkildə ödəməli, uşa­­­­­ğını cə­miy­yətin yararlı üzvü kimi tərbiyə etməli, aqi­bə­ti ilə ma­raq­lanmalıdır. Məqalədə, həmçinin, işıqlandırılır ki, əx­­la­qi cə­hətdən möh­kəm olan namuslu vətəndaşlar tərbi­yə et­mək üçün va­lideynlərin özlərinin qü­sursuz ol­ma­la­rı, onların müəyyən qədər pe­da­qo­ji bi­­lik­lə­rə yi­yə­­­lənmələri zəruridir. Valideynlər ma­arif­çi pedaqoq tərəfindən mə­nə­vi-əxlaqi ka­­mil­li­yə, nü­munəvi davranışa çağırılır. Cəlil Məmmədquluzadə he­ka­yə­lə­rin­də rəğ­bət­lən­dirməyə üs­tün­­­lük ver­­mə­yi, nadir hallarda cə­za tətbiq etməyi məqsədəuy­ğun hal hesab edir­. Cəlil Məmmədquluzadə uşaqları xalqın ümidi, canı, ürəyi ad­lan­dı­rır və on­­ların oxu­­ma­­­sı­nı, ədə­­bə, pak əxlaqa sahib ol­ma­larını zəruri sayır. Bu kimi qey­­də qal­­mağın ən ba­­­şlıca məq­sədini isə vali­deyn­lə­rin öz­lərinin elmli, təhsilli olmasında gö­­­rür. He­ka­yə­lər­dən sonda belə nəticəyə gəlinir ki, öv­ladını sevən, onun xoş­bəxt­­liyi üçün mə­su­liy­­yət da­şı­yan hər bir vali­deyn ça­lış­­malıdır ki, övladı təh­­­sildən kənarda qal­ma­sın. Əks təq­­dirdə, öv­ladı­nın başına hər nə fə­la­­kət gə­lə­cək­sə, ha­mısının səbəbi özü ola­caq, özü də əzab çəkə­cək­dir.

Gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün for­ma­laşmasına xidmət böyük de­mok­rat Cəlil Məmmədquluzadənin hekayələrində layiqli yer almışdır. Cəlil Məm­məd­qu­lu­za­də dün­yə­vi təhsilin mü­­da­­fiə­çi­si olmaq­la, xalq ma­ari­fi­nin car­çı­sı ki­mi yeni ideyalar irəli sürərək Azər­­bay­­can pe­­da­qo­ji fikri­ni daha da zən­gin­ləş­dir­miş­­dir. O, xal­qa öz mədəniyyətini inki­şaf et­dir­­­­mək sa­hə­sində hər­­tə­rəf­li yardım et­­mək­­lə yanaşı, onun ma­ari­fini, məktəb təh­si­li­nin irə­li apa­­­­rılması uğ­runda da mü­ba­ri­zə apar­mışdır.

Oxu­­­cu­­lar yeni-yeni əsərlər gözləyir­di. Belə bir dövrdə yeni ideyaları xal­qa vax­­tın­­da çat­­­­dır­maq vacib idi. Bunun üçün də kiçik həcmli əsərlərə ehtiyac art­­mış­dı. Bu­nun­la be­­lə, bu əsər­­­lər günün ehtiyacı ilə ya­randığından bəzən satirik şeir, fel­ye­t­on və ya pub­li­sis­tik sə­ciy­­­yəli olurdu, burada da ideyaya üstünlüyü mol­la­­nəs­rəd­din­çi Cəlil Məm­məd­qu­lu­zadə ve­rir­di.

Ulu öndər Heydər Əliyev belə bir fikir xatırladır: “Yazıçı, şair dövrün nəb­­­­zi­ni tut­ma­­­ğı ba­car­ma­lı, aktual möv­­zuları gündəmə gətirməli, ideya və bədii cə­­­­hət­­­­­­­dən on­­la­rı yük­sək sə­­viy­­yə­də həll et­məyi bacarmalıdır”. Çünki cəmiyyətin in­ki­­­şa­­­fı­­nın bü­­­tün mər­­­hə­lə­lərində pe­daqo­gi­ka­­­nın əsas vəzifəsi tərbiyələndirmək ol­muş­­­dur. Elə bu mə­­­na­da da bir əsr­dən ar­tıq­dır ki, Azər­bay­canda demokratik pe­da­qo­­ji ide­­­ya­la­rın inki­şa­­­­­fında Cəlil Məm­məd­­qu­lu­za­də­nin şah əsəri “Mol­la Nəs­­rəd­din” jurnalı mühüm rol oy­na­­yır. Cəlil Məm­məd­­­qu­lu­za­də­­nin ya­ra­­dı­cı­lı­ğı­nın vüsəti, əhatə və təsir dairəsi son dərəcə ge­niş­­­dir. O, ya­şa­yıb-ya­rat­dı­ğı dövr­­­­də yal­­nız vətəni Azər­­­­bay­canda deyil, Yaxın və Or­ta Şər­qin bir sıra öl­­­kələrində də xalq azad­­lıq hərə­ka­tı­na, icti­mai satiranın in­ki­­şa­fı­na qüvvətli təsir gös­tər­miş, on­lar­ca sa­tirik şair və yazıçılar üçün nümunə ol­­­muşdur.

Yeni ideyalar aşılayan, məzhəkəçiliyin gələcək yolunu işıqlandıran Cəlil Məm­məq­­­­duluzadə bir kəndin, bir qəsəbənin simasında böyük bir vilayəti ümu­mi­ləş­di­rir, rast gə­­lin­­mə­­­­yən ka­mil tip və xarakter yaradır, ilk baxışda nəzərə çarpmayan ailə-məi­şət mə­sə­­lə­lə­ri­­nə ic­ti­mai məna vermişdir. Azərbaycan məktəb və pedaqoji fi­kir ta­­ri­xinin səl­na­­mə­sinə, başqa sözlə desək, qı­zıl fonduna da­xil olan gözəl sa­ti­rik-yumoristik şeir, fel­ye­ton, he­ka­yə­lər də bun­dan son­ra yarandı. Cəilil Məmmədquluzadə hekayə­lə­rin­­­də za­­ma­nın çox vacib məsələlərini işıqlandırır və “Molla Nəsrəddin” jurnalını isə xal­­qın si­­yasi şü­u­ru­­­nu oyadan, onları təlimlə, təhsillə səsləşən bir orqan kimi qiy­­­­mətləndirir, bü­tün mü­səl­man alə­­mi­ni bü­rü­müş qəflət və na­dan­lığa, möv­hu­mat­çı­lıq və elmsizliyə qar­şı atəş açan mü­ba­riz mət­buat nümunəsi kimi təq­dir edirdi.

Cəlil Məmmədquluzadə keçmişin bütün çirkablarına qarşı kinayəli və ey­ha­m­­­lı qə­­ləmi ilə “Poçt qutusu”, “Usta Zeynal”, “Dəllək”, “Pirverdinin xoruzu”, “Zır­­­­­­­ra­­­­­ma”, “Saq­­­qal­lı uşaq”, “Oğru inək”, “Buz”, “İki alma”, “İki qardaş”, “Yan tü­­­­tə­yi”, “Şərq fa­­­­kül­tə­si” və s. he­­­­ka­yələrində təlim və tərbiyənin, müxtəlif adət və ənə­­­­­nə­­­­­lərin bu və ya digər cə­hət­lə­­rinə diq­qəti cəlb edir. Cəlil Məmmədquluzadənin hekayələrində peda­qo­ji-psixoloji və di­daktik möv­qe öz-özlüyündə meydana çıxırdı. Bu hekayələrin bir çoxu məhz uşaq­ların təh­sili, tər­biyəsi, düş­düyü ağır mühit, keçirdiyi iztirablarla bağlıdır.

Uşaq şəxsiyyətinin inkişafında və formalaşmasında ictimai mühitin, ailə hə­ya­­­tı­nın tə­sirini əks etdirən bu hekayələrdə Cəlil Məmmədquluzadənin tərbiyəyə dair fi­­­kir­­­­lərini iki hissəyə ayırmaq olar. Bunlardan biri oğurluq, yalançılıq, qorxaqlıq, ri­­ya­­ka­r­lıq və s. ki­­mi çirkin sifətlərin, yəni əxlaqın mənfi təzahürlərinin ifşasıdırsa, digəri isə tər­biyənin müs­­bət cəhət­lə­rin­­dən olan cəsarət, doğ­ru­çuluq, şüurlu intizam və huma­nizm ideyala­rı­nın, yəni əxlaqın müsbət təzahürünün təbliğ edil­­məsidir.

Cəlil Məmmədquluzadə uşaqların tipik obrazını həmişə “tipik şəraitdə” ve­rir. Uşa­­­ğın hansı ailəyə mənsub olması bu və ya digər ictimai mühitin onların xa­rak­­­te­rin­­də və hə­­ya­tında nə şəkildə təzahür etməsi hekayənin əsasında durur.

Quru nəsihətçiliyə, formal didaktizmə yol verməmək üçün Cəlil Məm­məd­qu­lu­za­də uşaq­­­­­la­rın ailədə tərbiyəsi məsələlərinə həsr etdiyi əsərləri həyati hadisələr, ma­raqlı sü­­­­­­jetlər əsa­­sın­­­da yazmışdır. “Saqqallı uşaq” və “Oğru inək” hekayələrində uşaq­­la­rın tər­­­­bi­­yə­sin­də, on­­­­­­ların dünyagörüşü və davranışının formalaşmasında va­li­dey­nin mü­­­hüm rol oy­­na­dığını gös­­­tərən pedaqoq bəzən sadəcə nəsihət yolu ilə yox, mü­fəs­səl təs­vir yo­lu ilə oxu­cusunda ma­­raq­­lı ob­razlar yarada bilir.

“Zırrama” hekayəsində diqqəti cəlb edən bir cəhət də ondan ibarətdir ki, pe­da­­­qoq heç bir pedaqoji-psixoloji nəticə çıxarmır. O, məsələnin yalnız təsvirini ve­rir, nəticə­yə gəl­məyi isə oxucuların ixtiyarına verir.

“…Dünən mən idarədə qeyri həmşərilərimin birinə rast gəldim və bu keyfiy­yət yadıma düşdü. Ona dedim:

Gözün aydın olsun, bizim gözəl vilayətdən buraya bir həmşərimiz də gəlib.

Dedi: – Kimi deyirsən?

Dedim: – Novruz ağanın oğlu Qurbanqulu bəyi.

Mənim bu sözümün cavabında indiki həmşərim Qurbanqulu bəy barəsində tək

bir söz buraxdı; amma bilmirəm bu nə sirdir ki, o söz mənim yadımdan heç çıxmır.

Dedi:

Ay Molla əmi, hələ o zırrama haradan gəlib səni tapıb?

Dedim: – Zırrama nəyə deyirsən?

Dedi: – Zırrama haman adama deyirəm ki, onun adı Qurbanqulu bəydir, özü də Nov­ruz ağanın qardaşı oğludur və özü də bizim gözəl vətənimizin meyvəsidir.

Dedim: – Bir də de!

Dedi: – Zırrama!

Amma heç yadımdan çıxmır”.

“Saqqallı uşaq” hekayəsində pedaqoq əsərin əsas ideyası ilə yanaşı, ata-ana­la­rı uşaq­­larda yalançılıq, qorxaqlıq, böyüklərin sözünə baxmamaq və s. zərərli vər­diş­lə­rin ya­­ra­nıb kök atmasına qarşı mübarizə aparır və qələm dostlarını da bu müba­ri­zəyə səs­lə­yir.

Ata görür ki, evin divarını yazıblar. O, elə anlayır ki, bunu yazan uşaqla­r olar. Ona görə də uşaqlarını çağırır. Uşaqların isə üçü də and-aman içir ki, divarı biz yazmamışıq. Uşaqların and-amana döşənməsi uşqların dədəsini və ya Molla əmini üzür. Üzünü uşaqlara tutaraq deyir:

  • Mən sizdən o qədər divarı yazmağınızdan ötrü incimirəm, nə qədər ki, sizin dan­ma­ğınıza inciyirəm; sizin qorxudan yalan danışmağınıza inciyirəm. Ona inciyirəm ki, söz yox, divarı yazan üçünüzdən birinizdi; amma üçünüz də and-aman eləyirsiniz ki, siz yazmamısınız. Pəs sizdən savayı bu evdə uşaq ki, yoxdu. Onlara belə bir işin doğru olmadığını izah edir, həmçinin, tap­şırır ki, bir də divarı yazmasınlar. Göründüyü kimi, ata­­­­nın öz uşaq­larının divarı yazmalarından daha çox, onların bunu danmaları, qor­xu­­­­la­rın­dan ya­­­lan da­nışmaları narahat edir. Ata dün­ya­gör­müş, təcrübəli adamdır, “qo­­­ca mü­rəb­­­bi­dir”, o, bə­zən hirslənib uşaqlarına qışqırsa da, onlara şiddət göstərməmiş, heç cəzalandırma üsulundan da belə istifadə etməmişdir. Ata bu qə­rara gə­­lir ki, uşaq­­­­ların şüuruna zəruri təsir göstərmək, divarı yaz­ma­ğın pis iş oldu­ğu­nu on­la­­ra anlat­maq lazımdır. Bunun üçün o, əvvəl hökmə, öyüd-nə­­si­hətə mü­raciət edir. Bun­­ların uşaqla­ra təsir etmədiyini gördükdən sonra başqa va­­si­tə­yə əl atır. Uşaq­ların ya­şına, səviyyəsinə uy­­ğun hərəkət edib bu dəfə onlara heç bir söz de­mir. Elə düşünür ki, bəlkə uşaqlar öz inad­larından əl çəkələr, divarı yaz­mağın “hər ba­­bət­dən pis iş” ol­du­­ğuna inanalar. Valideyn-övlad rəftarında ata tər­bi­yə üsulunun üç növündən istifadə edir, təc­rü­bə­­dən keçirir: öyüd-nəsihət, məcburiyyət və inan­­dırma. Sonun­cu üsu­­lu ata daha faydalı, tə­lim-tərbiyə işində əlverişli hesab edir. Lakin bunlar heç bir nəticə vermir. Axırda mə­lum olur ki, divarı yazan ba­la­­ca uşaq­­lar deyil. Divarı yazan “qırx-qırx beş yaşlı, ucaboy, bir kasıb və fağır İran əhli” saq­­­­­­qallı uşaq Kəblə Əzimdir. “Divarda heyvana oxşar bir cızma-qara çəkilib, altın­dan bir neçə əlif, yanında bir neçə girdə şey. Mən çox təəccüb elədim və əh­­­­valım da bir­dən nə­­­­dənsə dəyişdi. Kəblə Əzim mətləbi duydu və mən soruş­ma­mış de­di: – Mol­la əmi, doğ­­ru­­su mənim dərsim-zadım yoxdu, bu bir yaddaşdı, yaz­dım ki, hesablar do­laş­ma­­sın”.

Cəlil Məmmədquluzadənin bu hekayəsində ictimai-siyasi mühitin dözülməz ol­ma­sı öz ək­sini tapırdısa, hekayənin əsas qayəsi xalqın maariflənməsinə xidmət etməsi diq­­­qəti da­ha çox cəlb edir. Kəblə Əzimi bu vəziyyətə salan mühitə nifrət nəzəri ilə ba­xır, eyni za­man­da Kəblə Əzim kimilərinin savadsızlığına acı-acı gülür. Belələrini gec də ol­sa yeni üsullu məktəblərdə oxumağa ça­ğı­rır.

Cəlil Məmmədquluzadə əlinə qələm aldığı ilk günlərdən həm böyüyən nəslin, həm də yaşlıların təlim-tərbiyəsi məsələləri ilə ciddi məşğul ol­­muş­­­dur. Onun elə bir he­ka­yə­si­ni, felyetonunu, şeirini, dram əsərlərini tap­maq olmaz ki, orada məktəb-maarif, təlim-tər­­­bi­yə məsə­lə­lə­ri­nə to­xu­­nulmamış olsun. Cəlil Məmmədquluzadənin bu problem ətrafında apardığı mü­­­ba­ri­­zə­sinin əsas məq­sə­­di – gənclərin təlim-tər­bi­yə işlərini yaxşılaşdırmaq, köh­­nə molla mək­təb­lə­ri­ni yeni üsul­­­­lu məktəblərlə əvəz et­mək, təlim üsullarını, onun məz­­mununu də­­yiş­dir­mək, əha­li­­nin sa­vad­lanmasına kömək et­mək, bədən cəzasını mək­­təblərdə qa­da­ğan et­mək və s. mə­­sələlər idi. Hər bir oxucu Cəlil Məmmədquluzadə ya­ra­dı­­cılığına diqqət etsə onun belə bir fi­kri tez-tez vur­ğu­­­ladığının şahidi olacaqdır: müasir mək­­­­­təb olmasa müa­sir gənclik də olmaz. Xalqın mə­də­niy­yə­ti­nin inkişafını, şüuru­nun oyan­­­masını, müa­sir tədris ocaq­la­rı­nın yaradılmasını və bu­­­rada dərs deyən əsl xalq müəl­­limlərinin ha­zırlanmasını böyük demokrat təkidlə tələb edir­di.

Uşaq­la­rı­n tər­­biyəsinə öz müs­bət təsirini gös­tərə biləcək hekayələr içərisində “Oğru inək” və “İki alma” hekayələri də vardır. Uşaq­­­­ların dünyagörüşünün formalaşma­sın­da va­lideynin şəx­si nü­mu­nəsi mü­hüm, bə­zən də həl­ledici rol oynayır. Ona görə də ata-ana­lar istər ailə­də, is­tərsə də ic­ti­­mai hə­yat­da düz­gün mövqe tutmalı, insanlarla normal dav­ran­malı, oğur­luq, ya­lan­çı­lıq və s. ki­mi pis işə, pis si­fə­tə yol vermə­məlidir. Hər bir vali­deyn övladının insan olması üçün ona düz­­gün tər­­­biyə verməlidir. Ailədə ata və ananın qarşılıqlı səmimi mü­na­si­­bətləri, xe­yir­xah­­­­lığı öv­­lad tərbiyəsinin əsasıdır. Uşaq mə­nə­viy­ya­tın, əxlaqın ilk dərs­lərini ailə­də alır. Bu mə­nada, müəyyən bir səhvlik və ya səh­lən­kar­lıq uşa­­ğın mə­nəviy­ya­tı­­na mü­əy­­­­­yən mə­na­da mənfi tə­sir göstərər. Cəlil Məm­məd­qulu­za­­­­də­nin fik­­rin­cə, uşaqları kiçik yaşlarından etibarən əxlaqın müsbət təzahürləri, xü­su­silə, və­­tən­­se­vər­lik, namus, mə­­də­­niy­­­­yət, insaniyyət, xeyirxahlıq, doğru­çu­luq, düzgünlük, hu­ma­nizm ru­hun­­da tər­bi­­yə öv­la­dın əxlaqına, mənəviyyatına müs­­­­­­­bət təsir edir. Çün­ki uşaq­­­­ların dün­ya­gö­rü­şünün formalaşma­sın­da va­lideynin şəx­si nü­mu­nəsi mü­hüm, bə­zən də həl­ledici rol oy­na­yır. Ona görə də ata-analar istər ailə­də, is­tərsə də ic­ti­­mai hə­yat­da düz­gün mövqe tut­malı, insanlarla normal davranmalı, oğur­luq, ya­lan­çı­lıq və s. ki­mi pis işə, pis si­fə­tə yol ver­mə­məlidir.

“Danabaş kəndinin məktəbi”ndə isə fırıldaqçı Şeyx Nəsrullahdan sonra hə­min kən­­də yeni maarif ziyası gəlir. Şeyx Nəsrullahı böyük ehtiramla qarşılayan avam­­­lar Həsə­nov kimi ma­arif zi­yasından isə ürküb qaçırlar. Ata-ana­lar öz övladlarına son­suz mə­həb­bət bəs­lədikləri üçün, onları məktəbə gön­­­dər­­mir ki, guya uşaq elm dalınca getsə, o əziy­yət çəkər, na­ra­hat olar, cəfəng işlə məş­ğul olar. Soldat sözünü eşidən kimi uşaqlarını “kər­mə qa­la­ğın­da” giz­lə­­dirlər. Elmi-maarifi cə­fəng iş hesab edən sa­vad­sız ata-ana­­ları Cəlil Məmməd­qu­­lu­za­də ayılt­maq istəyirdi, on­­­la­rı yaşa­dıq­la­rı mühitə açıq gözlə, iti əqil­lə, sağlam dü­şün­­cə ilə bax­mağa, cəhalət ba­taq­­lı­ğın­dan çıxarmağa çalışırdı. Ata öz oğ­­luna çox həvəslə: “…küçə­də, bazarda öz qəs­di­nə iq­dam edərək, hər günü bay­ram edə­­rək, günləri axşam edə­­rək, xoşladığın tək do­la­nıb, gəz­­məyinə razı olub, mən sə­­ni bir sə­nə­tə də qoyma­mı­şam, zurna, qaval çal­­mağını xoş­la­mı­­şam öz başına boş­la­mı­­şam…” – de­yir­­di. Elmin, ma­ari­fin işığını başa düşməyən bu avam və na­­dan­lar şal­laq və tatarın gü­cü­­nə uşaqlarını mək­təbə gətirirlər. Oxumaq, bilik əldə et­mək on­­ların an­la­yışında yoxdur. Müəl­lim Həsə­nov da bu kəndə öz ağlı, fə­­rasəti, ba­ca­rığı və təcrübəsi ilə de­­­yil, rəsmi döv­­­­­lət adam­ları ilə gəlmişdir. Məhz bu­­na görə də o, bir müəllim kimi maari­fin əhə­miy­yə­­­tini kənd­lilərə başa sala bil­mir. Avam ca­maatın suallarına verdiyi cavablar gü­lüş hə­də­fi­­nə çevrilir, özü də pis və­ziy­yət­də qa­lır.

Cəlil Məmmədquluzadənin əsərlərinin böyük bir qisminin mövzusu xalq peda­qo­gi­ka­sının müvafiq nü­mu­­nə­­lə­rin­dən, o cümlədən ağılardan, laylalardan, atalar sözlərindən, mə­­səllərdən, rə­va­yət­lər­dən, əfsanələrdən, əsatirlərdən, nağıl və dastan qəhrəmanlarının ibarəli ifa­də­lə­rin­dən, ha­belə, xalq hikmətlərindən götürülsə də, müəllif yeri gəldikcə Şərq xalq pe­da­qo­gi­ka­sına, onun “Kə­lilə və Dimnə”, “Qabusnamə” kimi “yüz illər ər­zin­də ma­raqla oxun­muş və oxu­­­cu­­ların neçə-neçə nəslinin zehninə hakim olmuş” mo­nu­­mental abi­də­lə­rinə də mü­raciət etmişdir. Vətənpərvər ədib əksər hal­­larda nə mö­v­cud nü­­­­mu­nə­lə­rin özünü, nə də on­lar­dan qabaq bu mövzuya müraciət edən sənət­kar­la­rı tək­rar et­­­mə­miş, hər bir möv­zunu müa­sirlik mövqeyindən və uşaq psi­xologiyasının tə­ləbləri ba­­­xı­mın­dan iş­lə­mə­yə ça­lış­mışdır. Yaxşı cəhətdir ki, bu za­man Cəlil Məmmədquluzadə da­ha çox öz­ünə qədər yazı­lı ədə­biy­ya­ta gətirilməmiş mövzuları işləmə­yə meyl gös­tər­miş­dir.

Göründüyü kimi, Cəlil Məmmədquluzadə yaradıcılığında uşaqların taleyini unut­ma­­mış, bir pedaqoq kimi avam­­­­lı­ğın və nadanlığın qurbanı olan yeniyetmələrin halına acı­mış, “Ölü­­lər” ko­me­­di­­yasında Cə­lal və Nazlı kimi, “Da­­na­baş kən­dinin mək­­təbi” pye­sin­də isə Hüseynqulu, Cəfər, Kərimqulu, Qasım, Həsən, Nəcəfəli, Yusif kimi yadda qa­lan uşaq obrazları yaratmış, qüsur və nöqsan­lar­­dan geniş bəhs et­miş­dir.

Yekun olaraq qeyd edək ki, Cəlil Məmmədquluzadə uşaqların və gənc nəslin tər­bi­yə­si, əxlaqı mə­sə­lə­­­­lərinə həmişə ic­ti­­mai-mə­dəni inkişaf baxımından yanaşmışdır. Böyük mütəfəkkir və pedaqoq Cəlil Məm­məd­­­quluzadə gənc nəslin tərbiyəsi möv­zu­sun­da yaz­­­dığı şeir, he­­ka­­yə, mə­qalə, fel­yeton, həm­çinin, Azərbaycan xalq pedaqogikası nü­mu­nə­lə­rin­də köh­­­nə, çü­rük tə­lim-tər­biyə üsul­­la­­­rını tənqid etmiş, uşaqların, gənc nəs­lin mütərəqqi üsul­­lar əsa­sın­da tər­bi­yə­­lən­di­ril­mə­si­nə çalışmışdır.

KAMAL CAMALOV

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Azərbaycan Yazıçılar Birliyinin üzvü

 Əlaqə:       kamal.camalov@gmail.com

====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

BÜTÜN HƏRFLƏRƏ, RƏQƏMLƏRƏ AİD YENİ ŞEİRLƏR BURADA

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru