Qələmini süngüyə çevir!
(Şair dostum Zaur Ustaca)

Avtomatın ağzın yuxarı yox,
Düşmənə tərəf tuşla, şair qardaş,
Biraz qansız ol, onları biç, xışla.
Aramızda elə şair var ki,
yaman bərk qaçır, şox üzdədir.
Güya bəşəri şairdir.
Halbuki şər başımızın üstündə
at çapır, qılınc oynadır,
Torpağımıza sahib çıxıb düşmən.
O da kiməsə uyub,
tarixə düşmək xətrinə
məni müharibəyə aparmayın, deyir.
Getsəm tüfəngimi satacam,
Gedib erməni əsgərinin saqqalından öpəcəm.
Sən belə etmə,
Önun yolu ilə getmə.
Qayıt yolundan, daşı tök ətəyindən.
Amansız,qansız ol, şair,
Qələmini süngüyə çevir.
Get Ağdama,nizəni düşmənin ürəyinə sanc.
Ata yurdunu,
döğma kəndini azad elə.
Qorxma, şair.
Arxanca mən də gəlirəm.
Ölüm qorxutmaz səni.
Çünki savaşda ölüm də qorxar
İgidin qan tutmuş gözlərindən.

Müəllif: Qələndər Xaçınçaylı

====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

BÜTÜN HƏRFLƏRƏ, RƏQƏMLƏRƏ AİD YENİ ŞEİRLƏR BURADA

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ