SEVMƏDİ…

( Köhnə dəftərdən Bir qadına…)

Sevmədi bu şəhər məni
Sevmədi heç qızları da…
Nəfəsimdən ərimədi –
Tükdən nazik buzları da!..

Bəxtdi, ya da yazıdı bu
Ürəyin qəm sazıdı bu…
Bir şəhərin nazıdı , bu –
Ahdan ruhum sızladı da…

Bəlkə gözə göründüm çox
Eşq dalınca süründüm , cox!
Təkəbbürə büründüm çox –
Əlim- əldə qızmadı da!

İndi göynək – göynək olub
Şiltələnmiş köynək olub…
Məndən betər kövrək olub –
Kirpiyimin duzları da…

=====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

BÜTÜN HƏRFLƏRƏ, RƏQƏMLƏRƏ AİD YENİ ŞEİRLƏR BURADA

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ