
Bu gün, 28 fevral 2020 -ci il tarixində Bakı şəhəri, Xətai rayonu 64 saylı məktəbdə GülşənMustafa öz “Hasar” adlı yeni hekayələr kitabını təqdim etdi. Tanınmış şair – publisist Nəcibə İlkinin moderatorluğunda keçən tədbir olduqca maraqlı və yaddaqalan oldu. Tədbirdə məktəb kollektivindən nümayəndələr və tanınmış söz adamları iştirak etdilər. Çıxışçılardan Zahid Sarıtorpaq, Azər Qismət, Fərqanə Mehtiyeva, Faiq Balabəyli, İldırım Qəhrəman, Telli Sənəm Borçalı, Xəzər Məsimov, Aida Adıgözəl, gənclərin adından İntiqam Yaşar və başqaları müəllifə öz təbriklərini, arzularını çatdırdılar. Zaur Ustac ənənəsinə sadiq qalaraq yazarlar camiəsi adından Gülşən Mustafaya yeni kitabının işıq üzü görməsi münasibəti ilə “Ziyadar” diplomunu təqdim etdi.

TƏDBİRDƏN FOTOLAR:

Biz də müəllifi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik!
YAZARLAR.AZ
=====================================================
ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:
BÜTÜN HƏRFLƏRƏ, RƏQƏMLƏRƏ AİD YENİ ŞEİRLƏR BURADA
“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI
<<<<XİDMƏTLƏR>>>
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ