DEDİM

Dedilər adama yalnız pul qalır,
Nəyi var götürür, nəyi var alır,
Mənsəbə qaldırır, mənsəbdən salır,
Eşidib duyunca, nadanlıq, dedim.

Dedilər səslənsə …nəğmə söyləyir,
Yolundan döndərir, canlar əyləyir,
Qocanı dəyişir, cavan eyləyir,
Geriyə qayıtmır cavanlıq, dedim.

Dedilər pullular kübar sayılır,
Ad-sanı ölkəyə , elə yayılır,
O tərzi duyanlar düşür, bayılır,
Parayla alınmır insanlıq, dedim.

Canın sağlam olsun, için də rahat,
Ruhunu əzməsin hər keçən saat,
Nəyinə gərəkdir hər gün toy, büsat,
Xoşbəxtsən tapırsan yavanlıq, dedim.

Paranın önündə əymə ki, qəddin,
Dünyada qalacaq nə varsa maddi,
Var- dövlət aşırmır əcəlin səddin,
Ömür müvəqqəti, zamanlıq, dedim!

06.03.2020

Müəllif: Təvəkkül Goruslu

=====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

BÜTÜN HƏRFLƏRƏ, RƏQƏMLƏRƏ AİD YENİ ŞEİRLƏR BURADA

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ