Könül sarayımı yıxma, nə olar…

Məni dərdlərimlə burax baş-başa,
Bir daha qarşıma çıxma, nə olar.
Bizim bu sevdamız toxundu daşa,
Könül sarayımı yıxma, nə olar…

Bir olduq, sevgiyə vermədin dəyər,
Sevgisiz bir həyat de, nəyə dəyər?
Uğursuz məhəbbət qəddimi əyər,
Yenidən qəlbimi sıxma, nə olar…

Təmiz eşqimizi sovurdun yelə,
Mənim sadiqliyim bəllidir elə.
Gah elə deyirsən, gah da ki, belə,
Su tək hər tərəfə axma, nə olar…

Olub, bitənləri ata bilməzsən,
Kədərimə sevinc qata bilməzsən.
Qatarımız getdi, çata bilməzsən,
Çönüb arxasınca baxma, nə olar…

Əjdərəm, xəyallar yanır içimdə,
Yanlışlıq eylədim bir yol seçimdə.
Qəlbimdə atəş var dünya biçimdə,
Üstəlik yandırıb yaxma, nə olar…

13.03.2020.

Müəllif: Əjdər Əıizadə

====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

BÜTÜN HƏRFLƏRƏ, RƏQƏMLƏRƏ AİD YENİ ŞEİRLƏR BURADA

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir:  USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ