07 mart 2020-ci il tarixində tanınmış şair Etibar Vəliyevin “AZƏRKİTAB” kitab mərkəzində Azərbaycanda çap olunan “DƏNİZ QOXULU MİSRALARIM” və Rusiyada çap olunan “ŞAİRLƏR AZAD OLMUR” adlı kitablarının təqdimatı mərasimi keçirildi. Çox maraqlı keçən tədbirdə şair “Ziyadar” Mükafatı ilə təltif edilib. Şair tədbir haqqında belə dedi: – “Əzizlərimin maliyyə dəstəyi ilə çap olunan kitablarımın təqdimat mərasimində qələm dostlarım və şeir sevən oxucularım iştirak edirdi. Möhtəşəm keçən tədbirdə iştirak edən, haqqımda xoş sözlər deyən, məni mükafatlarla təltif edən, eləcə də tədbiri işıqlandıran televiziya və mediya qurumlarının rəhbərlərinə ayrı- ayrılıqda təşəkkur edirəm!”

TƏDBİRDƏN FOTOLAR: