QADINLAR

Həm bacıdır, həm anadır, ağbirçəkdir qadınlar,
Ləyaqətli, xoş ədalı, tər çiçəkdir qadınlar.
Sanki heç vaxt tükənməyən al günəşin şöləsi,
Həm dünəndir, həm bu gündür, gələcəkdir qadınlar.

Ürəkləri yuxa kimi, ürəkləri dürr kimi.
Bəzən olur, anlaşılmaz, açılmayan sirr kimi.
Ona ”anam”-söyləyəcək, bax, dindirsən hər kimi.
Daim yanan, qayğı çəkən, saf ürəkdir qadınlar.

Ev işində, çöl işində kişilərlə yanaşı,
Zəif, zərif vücuduyla kişilərlə yarışır,
O, azəri qadınıdır, qismətiylə barışır.
Ruh oxşayan, göz oxşayan kəpənəkdir qadınlar.

”Mən şairəm”- söyləsəm də, gözəllərə borcluyam,
Nərgizlərə, Lalələrə, Süsənlərə borcluyam,
Ülfət, şəfqət dənizində üzənlərə borcluyam.
Şair qəlbə ilham verən bir mələkdir qadınlar.

Bayramınız min mübarək, nurlu olsun gözünüz,
Övlad olsun, ailə olsun söhbətiniz, sözünüz,
Arxanızda duran ərsə, qabaracaq köksünüz.
Nə qədər ki, sevgi vardır, güləcəkdir qadınlar !
Nə qədər ki, sevgi vardır, güləcəkdir qadınlar !
3.03.2020.

Müəllif: Tofiq Qəbul

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

BÜTÜN HƏRFLƏRƏ, RƏQƏMLƏRƏ AİD YENİ ŞEİRLƏR BURADA

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ