AD GÜNÜNÜZ MÜBARƏK!!!

Bu gün Türk dünyasını böyük oğlu,  Eldar İsmayıl BÖYÜKTÜRK ün doğum günüdür! Ad gününüz mübarək,  Eldar müəllim!!! Uca Yaradan yar və yardımçınız olsun!!! Vətənə qovuşmaq, həsrəti gedərmək nəsib olsun, İnşəallah!!!  Vətənimin şair oğlu Eldar İsmayıl BÖYÜKTÜRK ü bu gözəl, özəl günü münasibəti ilə bir daha təbrik edir və yaradıcılığından bir nümunə təqdim edirik:

GÖYDƏ UÇAN QUŞ AĞLADI

Yön çevirdim qarlı dağa
Zirvə dedim, qaş ağladı.
Payız boylandı ömrümə,
Yaz kövrəldi, qış ağladı.

Qüsur görmədim ölçümdə,
Kənara düşdüm seçimdə.
Buxarlandı qəm içimdə,
Gözlərimdə yaş ağladı.

Ürəyimdən od payladım,
Dərdi çəkib halayladım.
Durnaları harayladım,
Göydə uçan quş ağladı.

Solmaqdadı ömrün zəri,
Eldar dolanma sərsəri.
Başımıza gələnləri
Daşa dedim, daş ağladı.

Müəllif: Eldar İsmayıl BÖYÜKTÜRK 

====================================================ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

BÜTÜN HƏRFLƏRƏ, RƏQƏMLƏRƏ AİD YENİ ŞEİRLƏR BURADA

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ