
QIZIMA MƏKTUB
Bu həyat, bu dünya sən varsan gözəl,
Dirənib mənimçün özünü qoru.
Qəlbini sevdalı eşq sarsa gözəl,
Səndən nigaranam, gözümün nuru!
Yaman nigaranam taleyin üçün,
Doğrumu, düzgünmü etdiyin seçim?
Tutub durdurummu qismətin köçün,
Səndən nigaranam, gözümün nuru!
Dağ kimi atanın ürəyi yuxa,
Qoymaz ki, qəlbini bir kimsə sıxa,
Dartınsa qol qırar verdiyi yaxa,
Səndən nigaranam , gözümün nuru!
Tab edər, çəkərmi zərif ürəyin,
Bir başqa aləmdə yükün fələyin.
Utanıb gizlətmə, nədir diləyin,
Səndən nigaranam, gözümün nuru!
Həvəs var, nəfis var dərddi adamlar,
Səbr edib dözdüsə mərddi adamlar,
Hərəsi bir təbdə fərddi adamlar,
Səndən nigaranam, gözümün nuru!
Hərə bir ağılda, hərə bir “kan”da,
Əxlaqı əxz etmiş fərqli məkanda,
Düşün məsləhətim, keçir zəkandan,
Səndən nigaranam, gözümün nuru!
Düşünmə bir an da adım-sanımı,
Xoşbəxt olmağınçün verrəm canımı,
Tək Tanrı qorusun tək Reyhanımı,
Səndən nigaranam , gözümün nuru!
05.03.2020.
Müəllif: Təvəkkül Goruslu Məmmədov
====================================================
ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:
BÜTÜN HƏRFLƏRƏ, RƏQƏMLƏRƏ AİD YENİ ŞEİRLƏR BURADA
“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI
<<<<XİDMƏTLƏR>>>>
Təqdim edir: USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ