Əliş bəy Sübhan oğlu – Kərəmli – Şirvaninin portreti

Məşhur şamaxılı memar Əliş bəy  Sübhan oğlu Kərəmli – Şirvanin portreti yaradılıb. Əsər “Yazarlar” jurnalının,  “yazarlar.az”  və “ustac.az” saytlarının birgə layihəsi olan “Kərəmli – 700” layihəsi çərçivəsində ərsəyə gəlib. Demək olar ki, artıq tam hazırdır:

əliş bəy

Zaur  Ustac  “Əliş bəy”-lə  Sehran  Allahverdinin  emalatxanasında

Portretin rəssamı bu yaxınlarda Nəsiminin də portretinə ikinci həyat bəxş etmiş, üz cizgilərini kətan üzərinə yağlı boya ilə köçürməkdə olan, dünyaca məşhur Sehran Allahverdidir. Rəssamın şair ruhlu olması, güclü təxəyülü məhz ədəbiyyat aləminə dair sənt əsərlərinin yaradılmasında ona kömək etən başlıca xüsusiyyətidir. Əsər rəssamdan təhvil alındıqdan sonra Müstəqil Yazarlar Konfedarasiyasının xüsusi  yaradıcılıq komisiyası tərəfindən bxılaraq dəyərləndiriləcək. Portretin aprel ayında, memarın ad günü ərəfəsində “Əliş və Anna” poemasının görkəmli alimimiz Kamal Camalovun yazdığı ön sözlə birlikdə “Mücrü” nəşriyyatında işıq üzü görmüş təkrar nəşr nümunəsi ilə birlikdə Şamaxı Dövlət Regional Kollecində təqdimatı planlaşdırılıb. Ümumiyyətlə layihə planına əsasən portretin sonda saxlanmaq üçün Şamaxı Diyarşünaslıq Muzeyinə hədiyyə olunması nəzərdə tutulur.

#keremli700 #keremli_700 #kərəmli700 #kərəmli_700 “Kərəmli 700” layihəsi uğurla davam edir.

====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

BÜTÜN HƏRFLƏRƏ, RƏQƏMLƏRƏ AİD YENİ ŞEİRLƏR BURADA

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir:  USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ