
Tanıtım arayışı: “Vintsas Kreve (litvaca – Vincas Krėvė-Mickevičius, 19 oktyabr 1882-ci ildə Litvanın indiki Varena rayonu Merkine senyuniyasının Subartonis kəndində anadan olub – 7 iyul 1954-cü ildə ABŞ-ın Pensilvaniya ştatında vəfat edib).
Kreve onun ədəbi təxəllüsüdür, əsl soyadı – Mitskəviçyusdur.
V. Kreve XX əsr Litva ədəbiyyatının ən məşhur klassik yazıçılarındandır (nasir və dramaturq), eyni zamanda görkəmli ədəbiyyatşünas və dilçi alim, Kaunas və Vilnüs universitetlərinin professoru (1922-1943), həmçinin ictimai-siyasi xadim olaraq tanınıbdır. Litva Elmlər Akademiyasının ilk prezidenti olub (1941).
V. Kreve Litva – Azərbaycan çoxəsrlik ədəbi-mədəni əlaqələri tarixində və ictimai-siyasi münasibətləri salnaməsində müstəsna xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun həyat və yaradıcılığının, elmi-pedaqoji, mədəni-maarif və ictimai-siyasi fəaliyyətinin 11 ilə yaxın dövrü (1909-1920) sıx şəkildə Azərbaycanla bağlı olubdur.
Və istedadlı Azərbaycan gənclərinə hamilik edibdir. Beynəlxalq statuslu DİPLOM-da onun adınadır…“
Ədəbiyyatşünas alim – tənqidçi.