YADIMA DÜŞDÜ…

Bir gecənin xətrinə,
Yandırdım qaranlığı.
Sabahları aldatdı,
Gözümün toranlığı.
Yaddaşım kirpiyimə
Acı həsrət daşıdı.
Kirpiyimin ucunda,
Bitən yadıma düşdü.

Keçmişə qandal vurub,
Gələcək olmaz yollar.
Köçüb getdi köçüm də,
Bağlı qaldı qapılar.
Saat əqrəbdən iti,
Ömrün xəzan yaşıdır.
Bir məzar daşı altda,
Yatan yadıma düşdü.

Yaddaşım hönkürəndə,
Haray saldı boş yurdum.
Yuxumu usaqlığım,
Bir ünvana apardı.
Babam çıxdı qarşıma,
Nənəm qoğal bişirdi…
Həyatımdan film tək,
Ötən yadıma düşdü.

Gecə yuxularımla,
Yastıq davası etdi.
Sevincim xoş günlərin ,
Son nəfəsində getdi.
Hicrimin boz çölündə,
Doğmalarım yaşadı.
Agzımda dadı qalan,
O tam yadıma düşdü.

Sahilimə çırpılan,
Dalğalarım amansız.
O getdiyi gecədən,
Bir küçə var ünvansız.
Tək qalan evimizdə,
Çərçivələr üşüdü.
Şəkillərdən sevdiyim,
Atam yadıma düşdü…

Mərmilərin səsini,
Körpələr layla bildi.
Qərənfil diz çökəndə,
Torpağa şəhid gəldi.
Anaların ahından,
Göyün gözü yaşardı,
Qarabağda hönkürən,
Vətən yadıma düşdü.

Müəllif: Aysel Xanlarqızı Səfərli

====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

BÜTÜN HƏRFLƏRƏ, RƏQƏMLƏRƏ AİD YENİ ŞEİRLƏR BURADA

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir:  USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ