AZƏRBAYCAN ŞEİRİ

El bilir ki, sən mənimsən, 
Yurdum, yuvam, məskənimsən, 
Anam doğma vətənimsən! 
Ayrılarmı könül candan? 
Azərbaycan, Azərbaycan! 

Mən bir uşaq, sən bir ana, 
Odur ki, bağlıyam sana, 
Hanki səmtə, hanki yana 
Hey uçsam da yuvam sənsən, 
Elim, günüm, obam sənsən!

Çox keçmişəm bu dağlardan, 
Durna gözlü bulaqlardan! 
Eşitmişəm uzaqlardan 
Sakit axan arazları, 
Sınamışam dostu, yarı… 

21 mart böyük Azırbaycan şairi, adı çəkiləndə Azərbaycan yada düşən, Azərbaycan deyiləndə adı dilə gələn, ölməs sənətkar,Azərbaycan durduqca yaşayacaq, həmişəyaşar Səməd Vurğunun doğum günüdür. Ruhu şad olsun. Allah qəni-qəni rəhmət eləsin… Amin.

VURĞUN VƏTƏNDİ…
(Vurğuna)

Vurğunam, Vurğunun vurğunluğuna,
Vətən varlığıydı, Vətən varıydı…
Vətəndə vətənsiz Vurğunluğuyla,
Vətənin varlığın vurğulayırdı….
* * *
Varam, Vurğunumun vurğunluğuna,
Varıynan varmışdı varılmayana,
Vətənin vəkili Vəkiloğluna,
Vətən vüqariydı, Vətən varıydı….
* * *
“Vurğunam”, Vətənin varı varımdı,
Vecsizlər vulqarlıq vurğulayırdı,
Vurğunsa, Vətənə Vətən verirdi,
Vətən Vurğunuydu, Vurğun Vətəndi….

24.04.2016 . Bakı.

Müəllif: Zaur Ustac

sc999mc999d-vurgun

====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

BÜTÜN HƏRFLƏRƏ, RƏQƏMLƏRƏ AİD YENİ ŞEİRLƏR BURADA

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir:  USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ