Bu gün səmimi insan, gözəl xanım, sevimli müəllim, tanınmış şair Sona Amalın ad günüdür. Bu gün münasibəti ilə Sona xanımı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun, Sona xanım!!! Və Sona Amaldan bir şeir:

VÜSALLA ÖMRÜM BARIŞMIR

Bənzəyir göz yaşım yaz yağışına,
Dolaram, yağaram, kəsən deyiləm.
Ömrümün qatarı yetib qışına,
Yarpaqtək tıtrəyıb, əsən deyiləm.

Nə vaxtdır həsrətəm, xoş baxışına,
Özgə baxışına heç vaxt baxmaram.
Qıymazsan, bilirəm, gözüm yaşına,
Çağlaram, ta qəlbdən qəlbə axmaram.

Qar-boran bağlasa, bəndi-bərəmi,
Qəm-kədər yurd salsa, başımın üstə.
Oldu məhəbbətin dərdim məlhəmi,
Sanki yaş gəlmirdi, yaşımın üstə.

Qəlbimə xal saldın, tər lalə kimi,
Dərdimi içimə büküb saxlaram.
Özgə masasında piyalə kimi,
Badədən badəyə dolub axmaram.

Atəşə həsrətəm, öz ocağımda,
Odum çoxdan sönüb, qorum alışmır.
Hicran at səyridir, eşq oylağımda,
Amalam, vüsalla ömrüm barışmır.

07. 12. 2019.

Müəllif: SONA AMAL

====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

BÜTÜN HƏRFLƏRƏ, RƏQƏMLƏRƏ AİD YENİ ŞEİRLƏR BURADA

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir:  USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ