SƏN YORULUB QAÇAN ZAMAN…

Sən yorulub qaçan zaman bir qatarla,bu sevdadan,
Xatirələr enəcəkdir payızına ayaqyalın.
Uzaqlaşar sahilimə bir gəmi də bir adadan,
Qarşılayar həsrət məni foyesində o vağzalın.

Bir qatar ki,biletləri satılıbdır tək gedişlik,
Dönəni yox,qarşılayır gedişlərin sükut səsin.
Hönkürtüylə qırılacaq duyğuları çilik-çilik,
O vağzal ki,tənhalığın ayaqları kirlədibdir
döşəməsin.

Qucağında itər nəbzi sən gedəndə yolların da,
Relslərindən ayrılar bax,sən olduğun vaqon belə.
Mən həsrətin vücudunda,sən payızın qollarında,
Daşıyarıq ayrılığı özümüzlə son mənzilə.

Müəllif: Aysel Xanlarqızı Səfərli

====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

BÜTÜN HƏRFLƏRƏ, RƏQƏMLƏRƏ AİD YENİ ŞEİRLƏR BURADA

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir:  USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ