
Tofiq Qəbul – Yeni kitab
2020-ci ilin mart ayının əvvəlində tanınmış yazar – pedaqoq Tofiq Qəbulun Naxçıvan Muxtar Respublikasının ”Əcəmi” dövlət nəşriyyatında Naxçıvan Ali Məclisinin maddi dəstəyi ilə ”Yer kürəmiz qatarımız” adlı yeni- 8-ci şeir və məqalələrdən ibarət kitabı çapdan çıxıb. Kitaba ön söz çox hörmətli alimimiz Pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Kamal Cmalova yazıb. Şair Vəli Qaraxanın Tofiq Qəbula həsr etdiyi şeir də kitabın ilk səhifələrindən birində yer alıb. Kitab 8 çap vərəqindən və 7 bölmədən ibarətdir. 1.İctimai-siyasi şeirlər. 2.Sevgi duyğuları. 3.Təkbənd və təkbeytlər. 4.Uşaq şeirləri. 5.Təmsillər. 6.Mənim düşüncələrim 7.Məqalə. Məqalə şair-publisist Zaur Ustacın ”Orientir ulduzu” povestinə həsr olunmuşdur. Məqalənin adı; ” Mübarız qəhrəmanımıza layiq povest”. Qeyd edim ki, bu məqalə 28 aprel 2019- cu ildə ”Təzadlar” qəzetində işıq üzü görüb. Qeyd: Kitab müasir dövrümüzün xaeakterik xətalarından da xali deyil. Beləki, kitabın üz qabığında müəllifin rəsmi olsa da ad soyadı yazılmayıb. Müəllif bu haqda belə deyir: “…adımı və soy adımı yazmaq nədənsə unudulub. Məncə, bu elə də ciddi nöqsan deyil. Əziz dostlar, ağır günlər yaşayirıq. Ona görə də yeni kitabı sizə tərəddütlə təqdim edirəm. Allah millətimizi, bir də dünyamızı qorusun. İlahi, Amin !”

Mənbə: Tofiq Qəbul
Biz də “Yazarlar.az” olaraq müəllifi təbrik edir, onun səmimi arzularına qoşulur və yeni-yeni uğurlar arzu edirik….
====================================================
ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:
BÜTÜN HƏRFLƏRƏ, RƏQƏMLƏRƏ AİD YENİ ŞEİRLƏR BURADA
“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI
<<<<XİDMƏTLƏR>>>>
Təqdim edir: USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ