Gəzdirib, göz-gözə gətirən gözəl..

Bu gün gördüm onu, otuz il sonra,
Gəzdirib, göz-gözə gətirən gözəl…
Neçə milyon gözün, qaşın içində,
Sezdirib, üz-üzə götürən gözəl…
* * *
Qəfil qarşılaşdı baxışlarımız,
Qəbulmu görmüşdü alqışlarımız,
Damla-damla yağdı yağışlarımız,
Süzdürüb, iz-izə itirən gözəl…
* * *
Bir xeyli mən baxdım, o heç baxmadı,
Nə Billah eylədim kirpik qalxmadı:
-Allahım, pünhan ox, həmin oxmudu?
Azdırıb, biz-bizə bitirən gözəl…
* * *
Qəfil bir baxış da oldu ərmağan,
Gördüm, gözü dolmuş, bağrım oldu qan,
Köksümdə ürəyim qopardı fəğan,
Sızdırıb, döz-dözə ötürən gözəl…
* * *
Baxış o baxışdı, qaçış o qaçış,
İllər gözlərindən heç nə almamış,
Giryan görünürdü, bir az təntimiş,
Sazlayıb, naz-naza yetirən gözəl…
* * *
Ustac mükafatın alıb həmişə,
Bir daha mat qaldım, bu gün gərdişə:
-Deməli, yol verməz boşa səyrişə,
Gəzdirib, göz-gözə gətirən gözəl…
04.09.2018. Bakı.

Müəllif: Zaur Ustac

====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

BÜTÜN HƏRFLƏRƏ, RƏQƏMLƏRƏ AİD YENİ ŞEİRLƏR BURADA

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir:  USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ