UlNUTMADIM

Həsrətimin taleyinə yaz gəlib,
Göz yaşımın çiçəkləyən vaxtıdı.
Allah, oxu bir də alın yazımı,
Tanıdınmı bu baxt kimin baxtıdı?

Çiliklənir göy üzünün sükutu,
Taleyimin ağrı dolu ahından.
Arzularım neçə dəfə yıxılıb,
Üreyimin günahsız günahından.

Göz yaşımın sahilindən hər səhər,
Dərdlərimə əl eyləyir bir ümid.
Arzuları döşəmişəm yoluna,
Gəl könlümün qapısından gir,ümid.

Ömür yolum üşüm-üşüm üşüyür,
Üstündəki ayrılığın izindən.
Mən ki, səni unutmadım ümidim,
Gəl son dəfə öpüm qəmli üzündən.

04.04.2020. Bakı.

Müəllif: Ülkər Nicatlı


YAZARLAR.AZ

====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ