GÖTÜR QARANLIĞIN ƏLİNDƏN MƏNİ

Götür qaranlığın əlindən məni,
Könlümə ən gözəl müjdəni sən ver,
Sevgi dünyasında tək dolanmayım,
Ayağım altında titrəməsin yer.

Bizli sabahlardır qəlbin arzusu,
Bütün xəyalların qəhrəmanı- biz.
Gerçək bir sevgidir, nağıl deyil bu,
Səmimi hisslərdir: təmizdən təmiz.

Ruhuma ən gözəl duyğunu yaşat,
Xöşbəxt sabahım ol, olma dünənim,
Mənə başqa seçim verməsin həyat,
Bir başqa istəyim olmasın mənim,

Ruhumu səmaya götürsün sevgin,
Atım sənsizliyi dərinliklərə…
Ayrılıq uzaqdan qoy həsəd çəksin,
Yetişə bilməsin biz olan yerə…

Sənli xəyallarım dərdlərə çətir,
Sevgin xilas edər ölümdən məni,
Gətir xoşbəxtliyi , ömrümə gətir,
Götür qaranlığın əlindən məni…

2017.

Müəllif: Aygün Sadiq

YAZARLAR.AZ

====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ