MAYIL DOSTU

XƏYAL  MƏNİ  YURDA  APAR

Daim yurda uçan xəyal,
Xəyal ,məni yurda apar.
Məni qoyub qaçan xəyal,
Xəyal, məni yurda apar.

Palıd kölgəsində yatım,
Dik yoxuşda tərə batım,
Yüyürüm, bir haya çatım,
Xəyal, məni yurda apar.

Mamır üstə bardaş qurum,
Dırmaşım zirvədə durum,
Sıldırımda köhlən yorum,
Xəyal, məni yurda apar.

Nərgiz dərim,dəstə tutum,
Bülbül ahın səsdə tutum,
Şəlalədən bəstə tutum,
Xəyal, məni yurda apar.

Şaxta olsun, tir-tir əsim,
Qaçım, meşəyə tələsim,
Dağ dibində bərə kəsim,
Xəyal, məni yurda apar.

Nəmli yerə diz də qoyum,
Baldırğanı qırıb, soyum,
Buz bulaqdan içim ,doyum,
Xəyal, məni yurda apar.

Yusun düzdə şeh gözümü,
Dağdan alım tab, dözümü,
Şimşək versin od, közümü,
Xəyal, məni yurda apar.

Tezdən torana qarışım,
Neçə dahar, bələn aşım,
Kor dumanda azıb, çaşım,
Xəyal, məni yurda apar.

Dərd gözümün odun alıb,
Bizi eldən ayrı salıb,
Xəyal, ümid sənə qalıb,
Götür məni yurda apar.

Bağlar miskin, qalıb barsız,
Mayıl, nədən olduq arsız?
Xəyallar, yaxşı ki, varsız,
Xəyal, məni yurda apar.

Müəllif: Mayıl Dostu

YAZARLAR.AZ

====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ