
Yuxuma gəlmisən bu qiş gecəsi,
Qayğılı qəlbinə qurbanam, Ana
Dünyanın ən böyük müqəddəsliyi
“İncilim”,”Töratım,” “Quranım”, Ana.
* * *
Yuxuma gəlmisən bu qış gecəsi
Yastığım bələnib sənin ətrinə
Yenə də səpilir layla qoxusu
Ömür kitabımın hər bir sətrinə.
* * *
Yuxuma gəlmisən bu qış gecəsi
Ömrü çiliklənib yuxularımın,
Sənin gəlişinlə həyat qapısı
Bağlanıb üzünə qorxularımın.
* * *
Yuxuma gəlmisən bu qış gecəsi
Köz düşüb üstünə xatirələrin,
Yuxunu yorğan tək çəkir üstümə
Sənin nəvazişli kövrək əllərin.
Müəllif: Ülkər Nicatlı
Mənbə:
“Ana şeirləri” (Almanax) səh. 41
“Yazarlar” jurnalının xüsusi buraxılışı. (QN : 2319)
Doqquzuncu buraxılış – Yazarlar N: 09 (009) 12.03.2020
YAZARLAR.AZ
====================================================
ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:
GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR
“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI
<<<<XİDMƏTLƏR>>>>
Təqdim edir: Zaur Ustac
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ