zaur sahil

ZAUR   SAHİLİN   SÖZ   DÜNYASIƏsgər Hər əsgər bir hərifdir,Düzülüşü şeirdir.Hər addımı tərifdir,Hər baxışı sehirdir Misra-misra görünür,Heca vəzni içində.Bir ürək tək döyünür,Dözmü, əzmi içində. Əynindəki paltarı,Göy qurşağın andırır.Çiynindəki qatarı,Silahını yandırır. Hər zaman dava edir.Soyuqlarda üşümür.Bürkülərdə təntimir.İrəli! – deyib gedir,Geri dönmək düşünmür. lll Hər gün atdığımgüllələrin məsafəsi qədəryol gedirəm.Şuşaya çatanda, dayanacağam.Vaqif babam, Natəvan nənəm,Evinizə qonaq gəlib,Dönüb ev yiyəsinəyanınızda qalacağam.  lllÜrək TANRI tərəfindən,İnsanın içərisinə yerləşdirilmiş,Bir bombadır.Onun partlaması üçün,Qurulan vaxt ərzindəyaşayır insan. lllBizim hərbi hissə. Bizim hərbi hissə dəniz kimidir,İçini binalar gəmi tək bəzər.Mavi düzənlikdir sıra meydanı,Dənizin içində adaya bənzər. Əsgərlər şütüyür binalarına,Qalxdıqca qalxırlar göyün üzünə.Birinin gözləri dalğa qoparır,Birinin əks olur dəniz üzünə. Əsgərlər dənizi dalğalandırır,Fırtına qopanda döyüşür onlar.Atdığı güllələr quma çevrilir,Sahilə çatanda görüşür onlar. lll Xəzər Bakı küləyidir xəzərin səsi,Əsər qulaqlardan gözlərə kimi.Öpər dodaqlardan sözlərə kimi.Dalğalı bir dəniz-dalğalı ürək.Hər ikisi bir ritmin havasın çalar.Mənimdə ürəyim səninki kimi,Dənizə qovuşub dənizdə qalar. lll YERİNDƏ Gecələr yuxu görürəm,Gündüzlər qorxu görürəm.Var olan yoxu görürəm,Qəlbimin dərin yerində. Dərdimin pənah yeri var,Yaralı bir ah yeri var.Hamının günah yeri var,Şeytanın, şərin yerində. Sevirəm gülüm ağlayır,Dözürəm zülüm ağlayır.Bir qərib ölüm ağlayır,İgidin, ərin yerində. lllSAXLA GÖRÜM Ay bizi havalı edən,Dumani saxla görüm.Ucuzu bahalı edən,Zamanı saxla görüm. Əl qıranın əlindən,Səhv deyənin dilindən,Insanın əməlindən,Yamanı saxla görüm. Qoyma güllər soluxsun,Qoyma gözlər doluxsun,Qoyma kimsə darıxsın,Gümanı saxla görüm.lllAtam sağ gözümdü,Anam sol gözümdü.Anam öləndən sonra,Bu dünyaya iki gözümləbaxa bilmirəm.Sağ gözümlə bu dünyanı,Sol gözümlə o dünyanıgörürəm. lll Anamın göz yaşınıgörməyim deyə.Yağışlı havadaöləcəyəm mən.Qoşulub yağışagüləcəyəm mən.Məzarım uşaqkənqazıldığı üçün,Öləndə uşağadönəcəyəm mən. lll Gözlərim Atam kimi,Ürəyim Anam kimidi.Dilim uşaqlığım kimiGözlərimlə ürəyiminArasında qalıb.Dilimi yumşaltdıqcaGözlərimdən yaş düşür,Ürəyimə daş düşür.Bu dünyanın göz yaşı,O dünyanın daşıymış. lll Vətən bir güzgüdü.Ancaq qürbətə çəkilib,Özünü vətəndəgörə bilərsən. Qürbətdən məktub Qürbətin yolları nə uzun imiş,Çatmır vətənə ki, gedəm evimə.Atam kəndimizdən, Anam məzardan,Sevgilim şəhərdən gələ, sevinə. lll Mən düşdüyüm qürbət iləVətənin arasındaYarım saat fərq var.Bu fərq,Qürbəti vətənə sarı qovub,Yarım saat qürbətdə,Yarım saat vətəndə,Yaşamaq deməkdi.İncimə, vaxtından tez gəlsəm. lll Ağlayan vaxtlarımdaGöz yaşlarımdan islanan torpaqBir gün də sən ağlayacaqsanMən islanacam göz yaşlarındaBax onda istəmirəmQəbrimin gözləriYaşlı olduğunuKimsə görsün. lll Qışın soyuğuna,Yayın istisinə baxmayın.Qış yaydan varlı olur,Qışın günəşi, yağışı, qarı, küləyi,dumanı-çəni, şaxtası-buzu var.Yayın təkcə günəşi var. lll Oğlum və qızım üçün Hər zaman yuxulardaqarşılayardım günləri.İndisə, oyaq qarşılayıram.Sizə çatmaq üçün, balalarım.Hər gün bir pillədiQalxıram Sizə doğru. Məni bəlalardan qoruyan balalarıma…Göylərdən tökülən qar dənələri,Atılan topların qəlpələridir.Atalar, Analar heç qorxmasınlar,Onları qoruyan körpələridir.Layla bir duadır,körpə eşidir,Dönüb Tanrısına təşəkkür edir.Hamı gələ-gələ dünyadan gedir,Onları qoruyan körpələridir.Bütün musiqilər qavala gəlir,Ömür bir cavabdır, suala gəlir,İnsanlar gündə bir zavala gəlir,Onları qoruyan körpələridir. lll Yalnız, ürəkürəyə dəyəndə,gözdən çınqı çıxar.Bağışla,ürəyim ürəyinə dəyə bilmədi,gözüm gözünəhəsrət qaldı. lll Bilirəm,İndi boş qalan yastığımGöz yaşınla doludur.Sanki, mənəm deyə,Hər gün göz yaşınıqucaqlayıb yatırsan.Mənsizlik lay-lay deyirSənsizliyə. lll Adam boyda adamsan,Küçə boyda küçəsən.İçindəki adamdan,İçindəki küçəyə,Ümid boyda cığır var.Hər gün sənçün darıxan,Adam kimi yetim var,Küçə kimi fağır var. lllBir ovuc daş kimi,Günlər girib ömrümə.Barmaqlarımın arasından,Bir-bir düşür könlümə… lll Uçdu gözlərimin yaş dənələri,Getdi buludlara qondu,dayandı.Düşdü buludlardan daş dənələri,Gəldi ürəyimdə dondu, dayandı.İmanım göylərə, ümidim yerə,Gəlmişdim dünyadan gül dərmək üçün.Tikanlar ömrümü nöqtələdilər,Gedirəm, dünyanı güldürmək üçün. lll  Dənizlər, okeanlar,Dünyanın saçlarıdır.Torpaqlar canı, qanı,Ağaclar qıçlarıdır. İnsanlar sinəsində,Döyünür ürək kimi.İnsanlar ürəyində,Görünür dilək kimi. İçində külək əsir,Nəfsində bulud yatır.Yaxşısı hey tələsir,Pisində umud yatır. Gündüzü günəş adlı,Həyatdı baxışları.Gecəsi ay qanadlı,Ölümdü göz yaşları.   20 Yanvar günü Qanlı şənbə…Şəhidlərin başı üstəBaşdaşı tək dayanmışdı Azərbaycan.Gözlərindən su yerinə qan axırdı,Qan rənginə boyanmışdı Azərbaycan. Əsarətin zəncirini qırmaq üçün,Azadlığın naxışını vurmaq üçün,Yeni dövran, yeni dünya qurmaq üçün,Yuxusundan oyanmışdı Azərbaycan. Yaraları gizildədi sinəsində,Min illərin səsi vardı nəfəsində…Azadlığa gedən yolun gur səsindənhəsrətini soyunmuşdu Azərbaycan. lllAnamın əziz xatirəsinə. Mən gözümü açandan,Gözüm sənə vurulub.Görsənmisən bulaq tək,Gözlərimdə durulub. Ölən gündən,gözümdə,O bulağa həsrətəm.Sən ölməyə getmisən,Mən ölməyə həsrətəm.lll Yollar…Yollar Körpə-körpə arzularımÜrəyimdə qaldı, ana.Sən məzara gedən gündənDərdin, qəmin ayrılığınİçimdə yurd saldı, ana. Sənsizliyin ağırlığıÇəkilməyən yük kimidi.Sənlə mənim aramdakıYollar daha tük kimidi… lll Ünvanımız Şuşadı !… Bu -biz,Bu da səngər…Burda hər əsgərQürurda elə bil bir uca dağdır.Hər gün atdığı güllələrinməsafəsi qədər yol gedir,Şuşaya çatanda dayanacaqdır… lllTorpağa qovuşmuş,Sarı sevgi kimidi.Payız vaxtı,Ağacdan düşən yarpaq. lll Gecə dilim-dilimDoğrayıb ayı.Yeyib-yeyibBir dilimin saxlayıb.Damla-damla qanlarıdıulduzlar. llllƏsgərlərim döyüş əmri gözləyir. Əsgərlərim silah geyib çiyninə,Qələbəyə ünvanlanıb addımı.Müraciət ,,Komandir,, di…Heç biri unutmaz ki, soyadımı, adımı. Əsgərlərim-qələbənin təşnəsi,Arzuları saralmaz ki, saralmaz.Təbiətin axşam çağı gəlibdi,Bu gecənin ağ işığı qaralmaz. Əsgərlərim döyüş əmri gözləyir,Lələtəpə mayakımız olubdu.Apreldəki döyüş bizi gözləyir,Səbrimizin kasaları dolubdu. lll Diləmişəm istədiyim arzunu,Əynimdəki libas belə arzudu.Dırnağımla yer eşirəm özümə,Bu həyatdı, başdan-başa ruzudu. Dünən payız həvəsliydim, deyəsən,Ürəyimdə saralmışdı arzular.Təbiətin axşam vaxtı gəlmişdi,Gözlərimdə qaralmışdı arzular. Əsgərlərim silah geyib çiyninə,Barıt kimi atırdılar addımı.Hey komandir desələr də adıma,Soruşuram,unutmurlar adımı. Qarabağa qara-qara gedirdik,Lələtəpə mayakımız olubdu.Apreldəki döyüş bizi gözləyir,Səbrimizin kasaları dolubdu. lll Ürəyim ağrıyır!Ölüm, o dünyanın qabağında saxlayarsan düşəcəyəm!!! lll Əslində yollar uzun deyil,Addımlar uzun.Əslində addımlar uzun deyil,Adamlar uzun.Boyumun çatdığı qədər görüb,yaşayıram həyatı. lll Anamın sevgisi. Anam deyərdi-Yalnız, səni yaşamağa gətirdim.Beşik-tabuta,Layla-oxşamaya,Yatmaq-ölüməbənzədiyi üçün.Bunları, sənə qıya bilmədim. lll  Belə görürəm həyatı. Yollar uzun deyil ki,Addımlar uzundu.Addımlar uzun deyil ki,Adamlar uzundu.Addımların təzəsi,köhnəsi,boyatı…Boyumun çatdığı qədərgörürəm həyatı. lll Körpə-körpə arzularım,Ürəyində getdi, Ana!Sən məzara gedən gündən,Analığın bitdi, Ana! Sənsizlyin ağırlığı,Ürəyimə yük kimidi.Sənlə mənim aramdakı,Yollar indi tük kimidi. lll  Mən özümdən uça-uça,Gəlib sənə qonammadım.Ürəyimi yontaladım,Kədərimi yonammadım. Sarı sevgi,sarı güldü,Yarı sevgi,yarı güldü.Kirpiklərin pərdə,tüldüGözlərimə,yanammadım. Arzum qəmə şərik kimi,Ruzum mənə ərik kimi.Atı mindim,tərik kimin?Qandım-qandım,qanammadım. lll Bir arzu tutdum Çəkdim gözlərimə səni bu gecə,Payızın saralan havalarıyla.Sənin sevincinlə, mənim qəmimin,Uyuşa bilməyən davalarıyla. Səni itirməyin qorxusu yoxdu,Səni tapmağımın qorxusu qədər.Mənim gözlərimin yuxusu yoxdu,Sənin gözlərinin yuxusu qədər. Gecənin içində gündüzü tapdım,Hardasa gözümün yaşından keçir.Yenə ürəyimdə bir arzu tutdum,Sənin ürəyinin başından keçir. lll Əsgər Hər əsgərin yerişi,Oxunmamış şeirdi.Baxışları səngərə,Söykənikli sehrdi. Misra-misra görünür,Heca vəzni içində.Ürək kimi döyünür,Əsgər əzmi-içində. Bürkülərdə təntimir,Soyuqlarda üşümür.,,İrəli !,, – deyib gedir,Geri dönmək düşünmür…  Ana.(İlk mətbu şeirim – 2006 iyul “Sözün işığı” jurnalı.) Günəş olub başın üstə saçaram,Çiçək təki yollarında açaram,Uşaq kimi ağuşuna qaçaram,Təki, məni yad etməyə gəl, Ana. Bu ayrılıq bizə düşmən qurğusu,Ağlımada gəlməzdi heç, doğrusu.Nə yamanmış yetimliyin ağrısı,Təki, məni yad etməyə gəl, Ana. İstəyirəm, bu günümdə gələsən,Əhvalımı gözlərinlə görəsən.Zaur, sənsiz, gör nə çəkir, biləsən,Təki, məni yad etməyə gəl, Ana. ***Şirin xatirə tək kömlümdən keçir. Nə qədər qoşardı nəğmə adıma,Həmişə çatardı o,imdadıma,Anamın laylası düşüb yadıma,Şirin xatirə tək könlümdən keçir. Beşikdə laylamı çalardı, anam,Həmişə qayğıma qalardı, anam,Dar gündə həyanım olardı, anam,Şirin xatirə tək könlümdən keçir. Müqəddəs sözümdü,səsimdi,ana,Həyatda ən əziz kəsimdi,ana.Nə dərdim qovuşa bilsəydim ona,Şirin xatirə tək könlümdən keçir. ***Ən gözəl şeir. Ana çalır laylasını,Əzizləyir balasını.Körpə ana qucağında,Yaşayır öz dünyasını. ***Vətən mənim ürəyimdən keçən yol,Qoruyuram ürəyimdə vətəni. ***Tarixim daşlardan pozulur, yaman,Həqiqət min yerə yozulur, yaman.Bəs niyə sorğuma hay vermir zaman,Dilimi yandıran sözüm ağlayır. Qalıb əsirlikdə Şuşam, Füzulim,Xocalı dərdindən bükülüb belim,Çatmır Kəlbəcərə, Ağdama əlim,Dözürəm içimdə dözüm ağlayır. ***Son döyüş. Daha yetər, susmayacam,Torpağımı alanacan.Daha yetər, durmayacam,Bir olunca Azərbaycan. Atılıram son döyüşə,Ələ alıb silahımı.Vuruşacam, qələbəyləAçacağam sabahımı. Barışmaram, torpağımınBir qarışı yadda qalsın.Zəfər marşı çalmayınca,Ölsəm, qəbrim odda yansın. ***Salam, kəndim Gör nə vaxtdır səndən uzaq bir yerdəyəm,Heç demirsən harda idin balam, kəndim.Qəlbim yaman həsrət çəkib səndən ayrı,Darıxmışam səndən ötrü qalam kəndim. Yadındamı necə dəcəl uşaq idim,O zamanlar hər bir şeydən uzaq idim.Bax görürsən təzələndi köhnə dərdim,Gəldim yenə səninlə bir olam kəndim. Min xəyalla gəzdim səni qarış-qarış,Qonaq oldum neçə yerdə çağrılmamış.Kim gördüsə ehtiramla dedi alqış,Söylədilər xoş gəlmisən, salam, kəndim. Dedim hanı eşq bağçamda bülbül olan,Həsrətimdən qəmli, solğun bir gül olan.Yoxsa o da dönük çıxdı, oldu yalan,Gəldim, onu toy eyləyib alam, kəndim. ***Bu bahar sevgimiz çiçək açmadı,Doyunca sevinib gülmədik yenə.Əsdi aramızda soyuq küləklər,Səninlə qovuşa bilmədik yenə. Bu sevgi bağında bülbül olaydım,Çiçəklər dövrəyə alaydı məni.Sənin həsrətinlə hey oxuyaydım,Nəğmələr yadıma salaydı səni. ***Gözəl Əlvida deməyə dilim də gəlmir,Bilirəm nə vaxtsa görüşəcəyik.Məhəbbət bağımda solan gülləri,Yenidən göyərdib biz dərəcəyik. Sən mənim ömrümə yaz tək gəlmisən,Sevgi çiçəyini dərmişəm səndən.Çəkdiyim həsrətlər yadımdan çıxıb,Tək dərdim olmusan səni sevəndən. Gecələr yuxumda görürəm səni,Gündüzlər gəzsəm də görə bilmirəm.Əlimi uzadıb nə vaxtdan bəri,O qara telini hörə bilmirəm. Sanma ki, Zaurun qəlbi incikdir,Hər zaman tək səni anıbdır, gözəl.Bir quşun budağa qonduğu kimi,Eşqidə qəlbinə qonubdur, gözəl. ***Son dəfə. “Sağ ol” dedim son dəfə mən,Məni sevən gözəl yara.Əl uzatdım, əl vermədi,Qırıl, -dedim bu qollara. Vəfasızlar cərgəsində,Onu bil ki, durmamışam.Sadəcə, mən ürəyimdə,Sənə sevgi qurmamışam. Eşitdikcə bu sözləri,Yandı onun bağrında qəm.İnanmaram, -dedi, -buna,Çıxıb getdi gözündə nəm. ***Mənim də zamanım gələcək bir gün. Qərib durnalar tək gəzirəm indi,Didərgin düşmüşəm mən öz yuvamdan.Uşaq tək ağlağan kövrək olmuşam,Təkcə qələmimdir məni ovudan. Qum üstə göyərən çiçək kimiyəm,Qoxlanan deyiləm, qoy dərməsinlər.Elə bir gündəyəm, haldayam ki, mən,Mənimçün ağlayıb ağı desinlər. Mənim də zamanım gələcək bir gün,Onda pöhrələnib boy atacağam.Hamının burnunda qoxlanan çiçək,Hamının gözündə nur olacağam.  Təmiz qadın. Nədir gözlərində o sual, qadın?Məndə o suala cavab gəzirsən?Bir gör ki, dünyanın hansı vaxtıdı,Günahkar adamda savab gəzirsən. Mən də çirkinliyə batan biriyəm,Hiss etsə, milçək də qonmaz üstümə.İstəsən, qəlbimi verə bilərəm,Ancaq gəl təmizlik, saflıq istəmə. Çalış qoruyasan təmizliyiniNatəmiz dünyadan, a təmiz qadın.Oyunlar içinə düşə bilərsən,Oyuncaq adlanar o gözəl adın. *** İLAHİ, görəsən, o qız hardadır? Həmişə yanımda əzizdi xətri,Ruhuma hopubdu bənövşə ətri,Yaman darıxıram o, qızdan ötrü,İLAHİ, görəsən, o qız hardadır? Hər məni görəndə uşaqlaşardı,Qaçaraq üstümə qucaqlaşardı,Sevgisi bulaq tək aşıb-daşardı,İLAHİ, görəsən, o qız hardadır? Bir istək içimdə haray qoparar,Məni məndən alıb ona aparar,Bağlanar üzümə həsrət qapılar,İLAHİ, görəsən, o qız hardadır? *** Heç. Söz vaxtına çəkər deyən,Söz vaxtına çəkmədi heç.Öz bəxtindən inciyənlər,Öz bəxtinə çəkmədi heç. Doğmanında yadı varmış,Zəhərində dadı varmış,Soyuğunda odu varmış,Köz bəxtinə çəkmədi heç. Damarımda qan dayanmır,Ürəyimdə can dayanmır.Mən yanıram odda, yanmır,Öz bəxtimə çəkmədim heç. *** Bulud qız. Dünən gözlərimə toxunan qızın,Bu gün ürəyimdə yeri görünür.Dilimdə nəğmə tək oxunan qızın,Hər gün ürəyimdə şeri hörülür. Uçub yanağına qonan ilhamım,Onun təbəssümü olmaq istəyir.Tək ona sonsuzdu sevgi inamım,Girib ürəyində qalmaq istəyir. Arzular könlümün ulduzlarıdı,Xəyalım onundu, o da mənimdi.Buludlar göylərin şeh qızlarıdı,O qız da bulud tək şeh çəmənimdi. *** Əsgər çəkmələri. Hər addım atdıqca,əsgər çəkmələrimdən səda gəlir:-İstiqamət Qarabağ!Qarabağa gedirik.Mən bəzən yorulubasta yeriyəndə.Çəkmələrim ayaqlarımdan çıxıb,Qaçmaq istəyir.O yerimək yox,Uçmaq istəyir. *** Sərhədçi dostlarıma.(Əziz Cənab Polkovnik Xalid Müəllimə.) Sərhəd ürəyimizdi,Tellərindən bilinir.Sərhəd gərəyimizdi,Ellərimdən bilinir. Çiyninə silah alıb,Dayanan sərhədçidi.Biz yatırıq rahatca,Oyanan sərhədçidi. Hər yeri bütöv görür,Gözləri xəritədi.Hər addımı, yerişi,İzləri xəritədi. O, gələni qoruyur,O, ötəni qoruyur.Vətən ona əmanət,O, vətəni qoruyur.   Qəlbimdəsən… Gözün gözlərimin rənginə hopub,Rəngi gözlərimin rəngi qədərdi.Sənin sözlərinin hər çağırışı,Harayı ,,Ruhani,, , ,,Cəngi,, qədərdi. Havadan asılan bulud kimisən,Buluddan süzülən bulaqsan, gülüm…Sənə əlim çatmır…Qəlbimə-yaxın,Hələ gözlərimdən uzaqsan, gülüm… **Hər addım atdıqca,əsgər çəkmələrimdən səda gəlir:-İstiqamət Qarabağ! *Ağacların göz yaşlarıyarpaqlarıdır.Payız ağacların matəm çağıdır.

Müəllif: Zaur Sahil

===========================================

YAZARLAR.AZ

====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ